Menu

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib - FOTO

24.04.2018, 13:20
Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib  - FOTO

Azərbaycan Respublikasının yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev nazirliyin kollektivinə təqdim edilib.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Yeni naziri kollektivə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.

Azərbaycan Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nazirliyin kollektivinə təqdim olunub.

Əli Əsədov Muxtar Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

Ə.Əsədov qeyd edib ki, ekologiya və ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə olunması Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini, insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, müvafiq surətdə ətraf mühitin bütün sahələrində, o cümlədən aqromeşələrin salınmasında, yaşıllıqların artırılmasında, meşələrin inkişafında, biomüxtəlifliyin mühafizəsində, su ehtiyatlarının davamlı idarə olunmasında və digər sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə edilib.

Ə.Əsədov dövlət başçısı tərəfindən ekologiya və ətraf mühit sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələr verib.

Yeni ekologiya və təbii sərvətlər nazirinin təqdim edilməsində iştirak edən Hüseyn Bağırov nazir M.Babayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

M.Babayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının ekologiya və ətraf mühit sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin icrasının layiqincə təmin ediləcəyini vurğulayıb. M.Babayev bundan sonra da Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

Şərhlər

Bayram 2018-04-24 13:20:30

Nazirlik deyil ey qocalar evidir. Məncə bunların ən cavanı elə H.Bağırov idi.

İsmayıl İmamov- Şəki 2018-04-24 13:20:30

Muxtar Babayev Neft Şirkətinin tabeçiliyində olan MİƏİ-nin Baş direktoru olanda,mən həmin idarənin tabeçiliyində,Neft bazada Baş mühasib vəzifəsində işləyirdim. Muxtar müəllim öz ciddiliyi və tələbkarlığı ilə seçilən rəhbər idi və tabeli strukturlarda misli görünməmiş şəffaflığın yaradılmasına nail olmuşdur. Muxtar müəllim qısa müddət ərzində Ekologiya nazirliyində də şəffaflığın yaradılmasına nail olacaqdır və öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğruldacaqdır.
Bu yolda uğurlar arzu edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol