Menu

“BİR MÜDDƏT İSTİRAHƏT EDƏCƏM” - İşdən çıxarılan komitə sədri 

24.04.2018, 13:28
“BİR MÜDDƏT İSTİRAHƏT EDƏCƏM” - İşdən çıxarılan komitə sədri 

Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev vəzifəsindən azad olunmasından danışıb.

O, Unikal.org-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin kimisə vəzifədən azad etməsi ilə bağlı qərarı müzakirə olunmur:

"Cənab Prezident İlham Əliyevin verdiyi əmr və qərarlar müzakirə olunan deyil. Ölkə başçısının barəmdə verdiyi sərəncamını da düzgün hesab edirəm, çünki həyat da bunu göstərir. Uzun illərdir Dövlət Gömrük Komitəsində çalışmışam. Hər zaman cənab prezident zəhmətimizə yüksək qiymət verib. Ölkə başçısının apardığı kadr islahatları tamamilə düzgündür. Azərbaycanının daha da inkişafı üçün yeni qüvvələr lazımdır. Hesab edirəm ki, cənab Prezident tamamilə düzgün qərar qəbul edib”.

Bundan sonra hansı işlə məşğul olmasına gəlincə, Aydın Əliyev "Hələ bilmirəm və bunu gələcək göstərəcək. Bir müddət istirahətimə üstünlük verəcəm” – deyə cavab verib.

Şərhlər

Filosof 2018-04-24 13:28:40

Heeee nece illerdir it zulmu cekmisen,indi dincel

Van Gogh 2018-04-24 13:28:40

İstirahət mütləq lazımdır! Çoxları elə bilir ki, gömrükdən keçənlərin ciblərini soymaq, rüşvət tələb etmək, pul saymaq, cib doldurmaq asan işdir.

Alim 2018-04-24 13:28:40

BƏSDİR QOY BİR AZ .....

pah 2018-04-24 13:28:40

deməyə sözləri yoxdu deyənə bir-birinin sözünü təkrarlıyırlar
kimi vəzifədən atsalar eyni cümlələri deyir

Qocaman əsgər 2018-04-24 13:28:40

Dünyanın ən varlı milyonçularından birisən. Nə qədər geninə-boluna xərcləyib səpələsən, getdiyin yollarda ayaqlarının altına töksən, nə etsən var dövlətin, sərvətin pulun qurtaran deyil. Məmmədqulusu tələbə yoldaşın və yaxın dostun olan baş prokuror Zakir Qaralovun da istefasını alın və götürün, gedin, dünyanın sakit guşələrinə çəkilin, keyf eləyin.

Mirzə AĞ 2018-04-24 13:28:40

Millətdən və dövlətdən oğurladıqlarını yeyə bilməyəcəksən, QULDUR!!

hespe 2018-04-24 13:28:40

Olkenin bir illik budcesine beraber servetin var.Seni o ..... .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol