Menu

Mayın 2-də Ermənistan yeni baş naziri seçəcək - PAŞİNYAN İDDİALIDIR

24.04.2018, 17:58
Mayın 2-də Ermənistan yeni baş naziri seçəcək  - PAŞİNYAN İDDİALIDIR

Ermənistan parlamentinin dövlət-hüquq məsələləri komissiyasının sədr müavini Rüstəm Mahmudyan bildirib ki, yeni baş nazir seçkisi mayın 2-də keçiriləcək, RİA Novosti bildirib.

"Parlament fraksiyaları yeddi gün ərzində baş nazir postuna namizədləri irəli sürəcəklər. Sonra parlamentin iclasında hökumət başçısı seçiləcək. Bu, mayın 2-də olacaq", - R.Mahmudyan bildirib.

Etirazçı hərəkatın lideri Nikol Paşinyanın tərəfdarlarından biri bildirib ki, o, müvəqqəti hökumət başçısı postuna namizədliyini irəli sürmək niyyətindədir.

Ermənistan hökuməti aprelin 23-də istefa verib. Namizədlərin irəli sürülməsinin müddəti mayın 1-də bitir. Baş nazir təyinatından sonra 15 gün ərzində Nazirlər Kabineti formalaşmalıdır. (Turan)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol