“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun növbəti toplantısı keçirilib.
"AzPolitika"nın xəbərinə görə, toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
İlkin müzakirələr nəticəsində qərara alınıb ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriləcəyi yer kimi Heydər Əliyev Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin. Bundan başqa, “Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.
İclasın sonunda İşçi Qrup əsası 1999-cu ildə Əbülfəz Elçibəy tərəfindən qoyulmuş, 24 aprel - Bütöv Azərbaycan Gənclər günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.


Şərhlər
Azərbaycanın bütövlüyü haqqında ilk fikirlər M.Ə.Rəsulzadədən başlayır.Cənubi Azərbaycan fədailəri-Səttar xan,PişəVəri də bu yolda şəhid olublar.Hətta T.Hatəmi də bu fikri Əbülfəz Əliyevdən öncə söyləyib.Gəlin,hansısa fikri bildirəndə keçmişi də öyrənək.Kiminsə haqqını kimlərəsə vermək mənəviyyatsızlıqdır.
T,edalet, cümlenii düz oxu bütöv azerbaycan sözünün Elçibeye aid olduğu deyilmir. Söhbet gənclər günündən gedir