Bakı şəhər İcra Hakimiyyəti aprelin 12-də Prezident Administrasiyası üçün daha bir yaşayış binasının tikintisinə icazə verib. Məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestrində dərc edilib.
Altı bloklu 20 mərtəbəli binanın tikintisinə Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə 30 sot torpaq ayrılıb. Mənzillərin sayı, ümumi sahəsi, tikinti işlərinin maliyyələşdirilməsi mənbəyi barədə məlumat verilmir. (Turan)


Şərhlər
Sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə...
Nədənsə bu ökədə vəziyyəti yaxşı olanlarının sosial müdafiəsi ilə daha həvəslə məşğul olurlar. Gömrükçülər, vergidəkilər, yol polisi, "büdcədənkənar!!!" fondlar...