Menu

Məhəmməd Salaha torpaq sahəsi hədiyyə edilib

24.04.2018, 20:12
Məhəmməd Salaha torpaq sahəsi hədiyyə edilib

Səudiyyə Ərəbistanı hökuməti İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salaha Məkkə şəhərində torpaq sahəsi hədiyyə edib.

"Report"un məlumatına görə, bu barədə Məkkə şəhərinin bələdiyyə şurasının rəhərinin müavini Fəht Ər-Rouki "Əl Vətən" qəzetinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Krallığın hakimiyyəti Salaha İngiltərə çempionatında göstərdiyi yaxşı oyuna və rekord göstəricilərə görə torpaq sahəsi ayırmaq qərarına gəlib.

Ər-Rouki həmçinin misirli futbolçunun ərəb və Səudiyyə gənclərinə müsbət təsiri olacağını, eləcə də oyunçunun Böyük Britaniyadakı bütün müsəlmanların səfiri olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol