Menu

Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb

25.04.2018, 10:54
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb

Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

O qeyd edib ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi yarışı ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb:

"Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb".

Şərhlər

Emin 2018-04-25 10:54:47

Formula 1 vacibdi,mekteblileride pambıq sahelerine gönderin

PsixoAkadem 2018-04-25 10:54:47

Bu uşaq təhsili rejimi üzərində başa düşülməz əsassız özbaşınalıq-vakxanaliya deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol