Menu

AXC-nin 100 illiyi münasibətilə təsis ediləcək medalla kimlər təltif olunacaq?

25.04.2018, 11:49
AXC-nin 100 illiyi münasibətilə təsis ediləcək medalla kimlər təltif olunacaq?

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunur.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik olunacaq.

Dəyişikliklə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis ediləcək.

Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar.

Medal döşün sol tərəfinə, digər orden və medalları olduqda, ondan sonra taxılır.

Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari kontorlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şualı səkkizguşəli ulduz yerləşdirilən lövhədən ibarətdir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

[gallery size="full" ids="413395,413396,413397"]

Şərhlər

t.ədalət 2018-04-25 11:49:34

Bu medalı müstəqilliyimizin əleyhinə səs verib,hələ də vəzifə tutanlara vermək olmaz.

Sadə vətəndaş 2018-04-25 11:49:34

Yeni təsis olunmuş medal hökmən 1993-dən bu yana ən uzun ömürlü deputat mandatı daşıyanlara,nazir və komitə sədrlərinə verilməlidir.Hansı ki,Dövlət müstəqilliyin əleyhinə səs veriblər.Yox durub müstəqillik uğrunda meydanlarda qanı tökülənlərə,nə bilim ərazi bütövlüyü uğrunda canını fəda verənlərə verməyəcəklərki.Bura "sabit və firavan" yaşayan Azərbaycandır.Dünyada analoqu olmayan ölkədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol