Menu

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

25.04.2018, 20:54
Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

“SOCAR Methanol” şirkəti istehsalat xəttini genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu şirkətin direktoru Elnur Mustafayev deyib.

E.Mustafayev bildirib ki, hazırda “SOCAR Methanol” zavodunda texniki və analitik metanol istehsal olunur:

“Biz qısamüddətli perspektivdə əlavə dəyərin yaradılması üçün istehsal olunan məhsul xəttini genişləndirmək istəyirik. Söhbət həm də mühərrik yanacağı və formaldehid qismində metanol istehsalından gedir”.

Şirkət direktoru qeyd edib ki, metanol mühərrik yanacağı qismində avtomobillərdə və gəmilərdə istifadə oluna bilər.

Şərhlər

məmmədqulu 2018-04-25 20:54:08

Azərbaycanda işlədilən "(əhaliyə sırınan)" benzin Avro-888-dən də yuxarıdır. Bundan sonra sizin qayırdıyığınız yanacaq olar Avro-1937!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol