Menu

«KXDR doğru yolla gedir» - Ağ Ev

26.04.2018, 00:13
«KXDR doğru yolla gedir»  - Ağ Ev

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin mətbuat katibi Sara Sanders bəyan edib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla ABŞ Prezidenti Donald Trampın görüşü ərəfəsində KXDR özünü açıq aparır və düzgün istiqamətdə hərəkət edir.

«Prosesin (görüşə hazırlıq prosesi - red.) gedişində onlar (KXDR-red.) özlərinin denuklearizasiya aparmaq arzusunda olduqlarını açıq ortaya qoydular. Bu, əsas mövzu olacaq. Biz, buna nail olmağa çalışacağıq və belə də olacağını gözləyirik» - deyə, Sanders Vaşinqtonda keçirilən brifinqdə bildirib.

«Biz, sözdən əmələ keçildiyini görməyincə, maksimal təzyiq kampaniyasını zəiflətməyəcəyik. Ancaq onlar düzgün istiqamətdə hərəkət edirlər» - deyə, xanım Sanders əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol