Menu

PUTİN RAMİZ MEHDİYEVİ TƏLTİF ETDİ!  - "Şərəf" ordeni Soçidə təqdim olunub

26.04.2018, 10:05

ramiz-mehdiyev-fotoRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib.

"Nikolay Patruşev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib", - Y.Anoşin deyib.

Şərhlər

-- 2018-04-26 10:05:05

Saq-salamat pensiyaya getsin.

kluni 2018-04-26 10:05:05

Rusnan məsələ aydındır...

Laçın Zəngilanlı 2018-04-26 10:05:05

Haradasınız, səsiniz çıxmır Qaçqınlar?

t.ədalət 2018-04-26 10:05:05

Belə ordenlərin hörməti Rusiya prezidentinin kabinetindən uzağa çıxmır.Ən yaxşı orden öz xalqına xidmətdir.Əgər səni düşmən ölkə təltif edirsə,deməli,hansısa əməlində öz xalqına ögeyliyin var..

Bayram 2018-04-26 10:05:05

Yoldaş Mehdiyev “Şərəf” ordenin mübarək. Arzu edirəm Rusyanın daha böyük mükafatlarını alasınız.

Bəhram Cəfər- e 2018-04-26 10:05:05

Atalar misali var : "GOSTER OZ "DOSTLARINI", deyerem
senin "KIMLIYINI".
Kreml YAXSHI BILIR OZ TESIR METODLARININ
TETBIQINI- "KIMLERE ve NE UCHUN ", LAKIN, INDIKI ZAMANDA, Ermenistanda, S. Serkisyan hakimiyyetine QARSHI bash veren XALQ INQILABINI NEZERE ALMADAN, Kremlin Azerbaycanda.....IFLIC OLUB Daqliq Qarabaq probleminin helli...


Bəhram Cəfər 2018-04-26 10:05:05

Akademik R.Mehdiyevi təbrik edir və Kremlin onu "Dostluq" ordeninə də layiq görəcəyinə ümidvaram. Ancaq, Təhlükəsizlik şurasının məram və məqsədini heç cür anlamırıq? MDB-"qardaş" və KTMT-"müdafiə" necə birliklərdir ki, BMT-nin qətnaməsinə də baxmayaraq işğalçı erməni qoşunları 24 ildir Azərbaycanın Qarabağ ərazisini tərk etmirlər? Hərbi zorla qovulmuş 630 min evsiz azərbaycanlı ailələrinin sayı artıq 2 milyonu keçib. Tarixdə cəmiyyətlərə qarşı belə uzun müddətli zülm(genosid) olmayıb!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol