Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir, bunu ahıl insanların sosial – iqtisadi, yaşam hüquqlarının pozulması kimi qiymətləndirir, son dəyişkliklərin ləğv edilməsini, sosial cəhətdən ədalətli pensiya sisteminin qurulmasını tələb edir və hakimiyyəti pensiya sahəsində ədalətli islahatlara çağırır. Bu barədə hərəkatının bəyanatında deyilir.
Sənəddə bildirilir ki, pensiya qanunvericiliyində islahat adı ilə edilən son dəyişikliklər yaşı çatmış şəxslərin pensiyaya çıxış imkanlarının məhdudlaşdırılması ilə yanaşı orta aylıq pensiya məbləğinin aşağı düşməsinə gətirib çıxaracaq: “Yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olunub. Bu dəyişikliklərə görə bundan sonra pensiyalar fərdi yığımların bazasında formalaşacaq. Ölkədə kütləvi işsizliyin müşahidə edilməsini, eləcə də işləyənlərin bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini, aldıqları məvacibin aşağı olduğunu nəzərə alsaq, onda yeni qanunla vətəndaşların əksəriyyəti təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməyəcək. Bu halda onlara yalnız qocalıq müavinəti veriləcəyi gözlənilir ki, onun da hazırki məbləği 55 manatdır”.
Bəyanatda deyilir ki, hazırda rayonlarda yaşayan 1 milyon 700 min torpaq mülkiyyətçisinin çoxunu bu cür tale gözləyir: “110 manat məbləğində pensiya almaq üçün pensiya yaşlı vətəndaşın 25 il iş stajı və minimum 15 800 manat məbləğində pensiya kapitalı olmalıdır. Bu isə o deməkdir ki, hətta 25 il və ondan çox əmək stajına malik olan ölkə vətəndaşlarının bir qisminin fərdi sığorta hesablarında yığılan vəsait onlara ən yaxşı halda minimum məbləğdə, yəni 110 manat pensiya verilməsini təmin edə biləcək. Hətta hazırkı bazar qiymətlərinə adekvat hesablanmamasına baxmayaraq pensiyaçıların yaşayış minumumunun aylıq dəyərinin 2018-ci il üçün 144 manat müəyyənləşdirildiyi halda yeni qanunla pensiyaya çıxanlara ondan da az məbləğdə təqaüdün verilməsi dövlət tərəfindən əsaslı müdafiəyə ehtiyacı olan ahıl insanları taleyın hökmünə buraxmaq deməkdir”.
ADR Hərəkatı hesab edir ki, hazırkı pensiya qanunu əhalinin kütləvi şəkildə pensiya təminatından məhrum edilməsinə hesablanıb.
Rəsmi statistikaya görə, Azərbaycanda pensiyada olan 1 milyon 315 min insan var.

Şərhlər
Ekrana cixan her kes soz verir ki Azerbaycanda yoxsul insan qalmayacaq.En azindan erdieri bu soze emel edirler.yani meseleni kokunden hell edib bu milleti acliqdan qiracaar
Vetandawa devlet terefinden komek ahil yawdan sonra lazlmdir ister iw staci olsun ya olmasin..Amma o evi yixilmiw selim muslimov ve hadi ele weytanin aqlina qelmeyen qanun icad etdi ki,demeli qoca hec neye gucu imkani olmayan adamlar goz baxa baxa olmelidirler?bele vicdansiz qanun dunyanin hec yerinde hec heyvanlara da tetbiq olunmur ki, onlara da her hansi qayqi lazimdir o da ki, insan ola..Bu qanunu ireli surenler ve imza qoyanlar antimilli unsurler ve yaramazlardir ki, insanlq anlayiwindan mehrrumdurlar!
XALQA QARSI NE ANTI DEYILKI...
MEn basha dushmedim, bu qerar teze verilib yoxsa selim muslumovun vaxtinda?.. Ne tarix ne de, bir konkret vaxt yazilib.. Xahish eleyirem tam izah edin, burada o vaxtki qerardan sohbet gedir ya yeni nazir gelenden sonra?..
yeni qanun əsl anti xalq qanunudur
Səlim kimi nazirlər və ona bənzər deputatlar elə bil aydan gəliblər, bu millətin övladları deyillər?! HEç olmasa öz keçmişlərini yada salsınlar. erməni ilə fərqləri yoxdur.Allah bəlalarını versin, bu ünsürlər dövləti uçuruma aparır və hakimiyyəti xalqla üz-üzə qoyurlar. Hökumət mütləq pensiya islahatları aparmalıdır, yoxsa xalq etirazları qaçılmazdır.
Bu cur dovletin.......
səlim muslumov butun nazirlik və sosial müdafiə fonduna öz adamlarını qohumlarını yerləşdirib bütün cirkin işləri onların vasitəsilə həyata kecirirdi. onlaristədiklərinə nail ola bilmədikdə fondun hüquqşunası munirəhmədov vasitəsilə məhkəmələri uzadır işi vaxt uzatmaq ücün haqlı və haqsız ali məhkəmə səviyyəsinə catdırır və nəhayət məhkəmə qərarlarının yerinə yetirilməsinə hər cür manecilik edirlər.onlar hər vasitə ilə vətəndaşa veriləcək məbləgi 50 nin 50yə son vaxtlar isə 30 un 70ə nisbətində bolunməsi
Bu nə hərəkatdır bilmirəm,amma ,elə bil fil qulaginda yatmış imişlər.Ya da isti bunlara indi çatıb.HadıSəlim zulmundən insanlar duz bir ildir haray çəkir,ədalətli jurnalistlər bu barədə usyan edirlər ki,hökumət sosial öhdəliklərindən imtina edib . İnsanlari ahıl yaşlarında zulmə ,zəlalətə salıblar, siz də elə bil yuxudan ayılıb bəyanat verirsiniz.
Pensiya haqqında bu qanun qəbul olunanada heç kim bu məsələyə nə sosial şəbəkələrdə nə də mətbuatda fikrini bildirmədi. Bu həqiqətən belədir.Əhalinin böyük əksəriyyəti 55 manat pensiya alacaq. Belə pensiya siyasəti heç Banqladeşdə də yoxdur. Neft və qaz ölkəsinin əhalinin sosial rifahına olan bu münasibəti təbii ki, çox böyük səhv addımdır. Bizim insanlar pensiya alanda bunu başa düşəcək və onda da məncə gec olacaq.
Qanichen ......