Menu

Bidzina İvanişvili Gürcüstanın hakim partiyasının sədri olub

26.04.2018, 13:26

kollaj ivanish rus 2Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, baş nazir Giorgi Kvirikaşvili partiya sədrliyindən istefa verib.

Keçmiş baş nazir, "Gürcü Arzusu" blokunun yaradıcısı, iş adamı Bidzina İvanişvili hakim partiyanın sədri təyin olunub. G.Kvirikaşvili deyib ki, partiyaya rəhbərlik B. İvanişviliyə təklif olunub və o, təklifi qəbul edib. Baş nazir qeyd edib ki, yaxın gələcəkdə partiyanın qurultayı keçiriləcək: "İnanıram ki, partiya Bidzina İvanişvilinin sədrliyini yekdilliklə dəstəkləyəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol