“Mən Azərbaycanı təmsil etməklə fəxr edirəm. Düşünürəm ki, mənim ölkəmi rüsvay etməyə dair istənilən cəhdin özü korrupsiyadır”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yaz sessiyasında Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışı zamanı deyib.
O, yalnız Azərbaycana qarşı bu cür mövqe sərgilənməsinin sual doğurduğunu bildirib: “Təxminən bir ay əvvəl bu zalda siz Serj Sarkisyanı alqışladınız. Lakin o, iki gün əvvəl korrupsiyaya görə erməni xalqı tərəfindən hakimiyyətdən qovuldu. Hanı onu burada demokrat kimi təqdim edənlər?
Azərbaycan müharibə vəziyyətində yaşayır. Ərazimizin bir hissəsini itirmişik, 1 milyona yaxın məcburi köçkünümüz var. Biz təşkilata gəlmişik ki, hüququn aliliyini görək. Lakin burada yeni beynəlxalq hüquq görürük. Mənim adım da korrupsiyaya dair siyahıdadır. Halbuki araşdırma orqanı deyib ki, mənim korrupsiya ilə əlaqəm yoxdur. Mənim dünyanı başa salmağım çətindir ki, niyə adım bu sənəddə göstərilir? Bu ədalətsizlikdir. Biz adımız üçün mübarizə aparacağıq və qalib gələcəyik. Mən illər əvvəl demişdim ki, bu bizim Avropa Şuramızdır. İndi isə deyirəm ki, bu sizin Avropa Şuranızdır. Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”.
Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.


Şərhlər
ALLAH SEVİMLİ SAİRİMİZ BƏXTİYARA RƏHMƏT ELƏSİN. ŞAİR DEYİRDİ- İTƏ OT VERİRLƏR ATA ƏT ALLAH, GORƏN HARA GEDİR BU MİLLƏT ALLAH?
Qarabag həlli əvəzinə "erməni soqırımı" eşidəndə AŞPA-dan uzaqlaşmaq gərəkdi?
Ay Səməd Seyidov,indiyəcən iştirak edib düz bir əməlli,samballı iş görə bilmisən ki? Ayı meşədən jüsüb,meşənin xəbəri yoxdur.Kürü diplomatiyası!Sənin çıxışlarının nəticəsi olubmu? Boş yerə danışma!
Avropeyesdər verdiyin yaxmacları indi özünə qaytarırlar?? Hərif deyəsən üzü sulu əkilmək istəyir. Elə söhbət yoxdur, tasa düşməlisən.
sağ ol vallah! sənin yerin ora deyil, Qum şəhridir ay seyid..belə olur səhv düşəndə yerimiz..
Cənab S.Seyidov ən əziz adamının canına and icə bilərmi ki,heç bir korrupsiyada iştirakı yoxdur,ya da AŞPA-da heç kimə rüşvət verməyib?Bir dəki,Azərbaycan hakimiyyətində heç bir nəfər də korrupsioner tanımır.Elə bu Azpolitika saytında bildirsin.Biz də inanaq ki, heç olmasa bir nəfər təmiz məmur tanıyırıq.Söhbət təkcə nazir,deputat və ya komitə sədrindən getmir,onların təmsil olunduğu struktur və ya idarələrdə korrupsiya halının olmaması barədə desin.Amma sıravi vətəndaşlara sorğu olsa 90% hətta ad da çəkər.
Cox guman Ramiz muellim bunun haqqindada nese deyib..
S.Seyidov onsuzda nəyisə hiss edib.özü də bilərəkdən yalandan hay-küy salır.