Menu

Türkiyə və Rusiya II mərhələyə keçdi - S-400 müzakirəsi

26.04.2018, 21:05
Türkiyə və Rusiya II mərhələyə keçdi - S-400 müzakirəsi

S-400 sistemlərinin Türkiyəyə satışı iki mərhələdən ibarətdir: Birincisi komplekslərin çatdırılması və yerləşdirilməsi, ikinci mərhələ isə hazırda müzakirə edilir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev RİA-ya açıqlamasında deyib.

“Bu gün sözügedən sistemlərin yerləşdirilməsindən bəhs edirik. Burada təkcə S-400-lərin Türkiyəyə çatdırılması yox, eyni zamanda onların yerləşdirilməsi, təchizatı, yerli mütəxəssislərin bu işə cəlb edilməsidir. Eyni zamanda bu razılaşmanın ikinci mərhələsi müzakirə edilir. Texnoloji əməkdaşlığın inkişaf etdirilməsi...”, - deyə Şuqayev bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol