Menu

Siqaretlə intihar arasında əlaqə tapıldı

17.07.2014, 11:48
Siqaretlə intihar arasında əlaqə tapıldı

Siqaret çəkən adamlar intihara daha çox meyllidirlər.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə "Nicotine amp; Tobacco Research" elmi jurnalında dərc olunan məqalədə qeyd olunub.

Son araşdırmalar göstərib ki, səbatsız psixikaya malik insanlar, əsasən, siqaret çəkənlərdir. Bu səbəbdən də alimlər hesab edirlər ki, tütün ticartənin dövriyyəsi azaldılsa və ya yüksək vergilər tətbiq edilsə, intiharların sayı da azalar.

Alimlər siqaretin qiymətinin intiharlara təsirini araşdırdıqdan sonra belə bir nəticəyə gəliblər. Bu səbəbdən də onlar hesab edirlər ki, tütün məhsullarına olan verginin 1 dollar artırılması, intiharların sayını 10 faiz azalda bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol