Menu

Sərhədçilər saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbini saxlayıblar

27.04.2018, 10:26

DSX-loqoAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa öl­­kə­­lərinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası əra­zisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, “Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurub.

“Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı isə özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Mu­ham­med Luqman Muhammed Amen pasportunun saxta olmasına şüb­­hələr yaranıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai­tin­də dərinləş­diril­miş yoxlamadan keçirilib, pasportların məlu­mat sə­hi­fəsinin də­yiş­­­di­rilərək saxtalaşdırılması müəyyənləşib. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­karlanıb, məqsədlərinin Azərbaycan Respublikasının ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

Şərhlər

Oqtay 2018-04-27 10:26:52

Bizə nə? Gedirlər yaxşı yol.Biz Avropanın qaydına qalan olmuşuq? Əsas biletin pulunu verib vəssalam indi isə bizim hesaba deportasiya etmək lazım olacaq yəqin ki

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol