Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir.
Bunu Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
E.Babayev vurğulayıb ki, bu sistem sığorta prinsiplərinə əsaslanır: "Yəni pensiya hüququnun əldə edilməsi üçün hər bir şəxsin sistemdə fərdi hesabı olmalı, əldə edilmiş gəlirlərdən müəyyən edilmiş normativlərə uyğun sosial sığorta haqqı ödənilməlidir. Həmin vəsaitin hesabda fərdi uçotu aparılmalıdır və şəxs pensiya yaşına çatdıqda həmin uçot məlumatları əsasında vətəndaşa pensiya təyin edilməlidir".
Şöbə müdiri məlumat verib ki, bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də dövlət pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi əsasən sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir: "Sığorta prinsiplərinin gücləndirilməsi isə toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığını təmin edir. Bu da həmin sistemlərin iştirakçılarına münasibətdə ədalətliliyi təmin edir. Yəni vətəndaş ödədiyi sosial sığorta haqqına mütənasib şəkildə pensiya məbləği almalıdır".
E.Babayev bəzi ekspertlərin sosial sığorta sistemini sosial yardım sisteminə bərabər tutmasından təəssüfləndiyini bildirib: "Beləliklə, ictimaiyyətdə mövcud pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar. Onlar özləri pensiya təminatında işləyən və sosial sığorta haqqı ödəyən şəxsləri işləməyən və sosial sığorta haqqı ödəyən şəxslərə bərabər hesab edirlər. Bununla da ədalətsiz yanaşmanı ortaya qoyaraq, formalaşdırdıqları rəyin düzgün olmadığının fərqinə varmırlar. Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Əksinə, onların aradan qaldırılmasına yönəldilməlidir. Bu sistem insanları əmək fəaliyyəti ilə məşğul olmağa, dövlət ödənişlərini etməyə maraqlandırmalıdır".
E.Babayev deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə pensiya təminatı ilə əhatə olunmayan və ya bu hüququ qazana bilməyən şəxslərin də sosial müdafiə sisteminin digər proqramları ilə əhatə olunmaq, təminat əldə etmək hüquqları var.
"Qanunvericiliyə görə, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə, o, yaşa görə sosial müavinət almaq hüququna malikdir. Eləcə də həmin şəxslər ünvanlı dövlət sosial yardım proqramına müraciət edə bilərlər".
Məlumat üçün bildirək ki, pensiya təminatı sistemində 2017-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklər ölkədə layiqli pensiya təminatı imkanlarının gücləndirilməsinə imkan verib. Bu islahat tədbiri vətəndaşların sığorta-pensiya sistemində daha fəal iştirakını təşviq edir. Beləliklə də, şəxsin pensiya hüququnun onun sosial sığorta sistemindəki iştirakına əsasən müəyyən edilməsi kimi qabaqcıl dünya pensiya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır.
Pensiya təyinatının bilavasitə toplanmış sığorta kapitalı ilə uzlaşdırılması nəticəsində əvvəllər tətbiq olunan 12 illik staj tələbi də aradan qaldırılıb.
Belə ki, əgər sığorta kapitalı minimum pensiya məbləği qədər pensiya təyin olunmasına imkan verirsə, pensiyaçıya münasibətdə artıq heç bir staj tələbi qoyulmur. Alternativ olaraq isə onun minimum pensiya təminatı almaq üçün 25 il stajı olmalıdır. İşləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı da verilib.
Pensiya qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub. Bu o deməkdir ki, fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış hər bir şəxsə bu hesabındakı pensiya kapitalını artırmaq üçün əlavə imkanlar yaradılıb.
Qeyd olunan islahat tədbirinin pensiyanın orta aylıq məbləğinin azalmasına səbəb olacağı fikri də əsaslı deyil. Belə ki, ölkəmizdə pensiyanın orta aylıq məbləği 01 aprel 2018-ci il vəziyyətinə 218,03 manatdır ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz yuxarıdır. O cümlədən 01 aprel 2018-ci il vəziyyətinə yaşa görə pensiyanın orta aylıq məbləği 244,36 manat təşkil edir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz yuxarıdır.


Şərhlər
Hələ görün onlar kəlmeyi-şəhadətlərini bilirlər ya yox? .....
Pensiya təminatı sisteminin ədalətsiz olmasının sübuta ehtiyacı var? BUnun üçün aya,şimal və ya cənub qütbünə getməyə ehtiyac yoxdur! Sadəcə pensiya miqdarına,bazarla və insanın normal yaşaya bilməsi üçün məcbur lazım olan normativ məsrəfləri müqayisə edin.Bu kifayət edir ki,burada tam mənası ilə ədalətsizlikdir.
Digər tərəfdən pensiyaçıların (bu ölkənin vətəndaşlarına)
pensiyaların hansı mənbədən necə ödənilməsi onun həyatının cəhənnəmə çevrilməsinə yol verməməlidir.Bunun üçün dövlət olmalıdır
Bu adam deyir ki,gətir mənə 17000 manat ver ,sonra ölməsən 65 yaşından sonra sənə ayda 110 manat verərəm.bunlar xalqı ələ salirlar.ALLAH sizi ayda 110 manata möhtac eləsin
Özlərinə lazım olanda avropanı bizə nümunə göstərirlər.Amma onu fikirləşmirıər ki,bizdə olan maaşlar avropadakından on dəfə azdır.
Yash heddini artir, baza hissesini legv et, ishsizlere de deki 16000 kapitalin olsun! ......
Avropanın pensiya sistemidən danışırlar.Gedin bəyənmədiyimiz İranda pensiya yaşı və pensiya təyini sistemi ilə maraqlan. Sizə sərf etməz axı, hansı sistem hökumətə sərf edirsə onu da tətbiq edirsiniz . Sizin nazirlik artıq, əhaliyə qənim kəsilmə nazirliyinə çevrilib.....
Rusiyada bu gun də 60 yaşdır pensiya həddi.Onlar da fərdi uçot və kapital yıgımı prinsibinə keçiblər, lakin,1971 dogumlu insanlara qədər köhnə qaydalarla hesablanmaq şərti ilə.Siz isə keçən il mart ayında qanunu təklif etdiniz və elə həmin ilin 01 iyulundan tətbiq etdiniz.Bu qəddar və anti milli qanun sayəsində on minlərlə insana -qoca və əlil insanlara pensiya verməkdən imtina etdiniz.Onların ahı və naləsini eşitmirsiniz? Hələ öz əməllərinizə haqq qazandrırsınız.Qorxun Allahdan
Elman muəllim,camaatı avam yerinə qoyub aldatmayın.Ayıbdır.11 ildir fərdi uçot sisteminə keçmisiniz və bu təqdirə layiqdir. Deyin görək,110 man. pensiya almaq uçun mənim maaşım nə qədər olmalıdır ki,11 ildə 15800 man. yıgım kapitalım olsun? 700manata yaxın,eləmi? Bu 110 man. pensiya uçundur və ya 25 il staj.Bu pensiyaya çıxanların neçə faiznə aiddir? Cəmi 1 %-ə, eləmi? Bəs qalan 99% insan 55manatla necə yaşasın, bu neft-qaz ölkəsində Niyə insanlara bu kapital yıgımını toplamaq uçun zaman tanimadınız?
Ay adam, başa düşki sənin təşkilatın Azərbaycanda ən korrupsiyalaşmış sistemdir, sənin biət etdiyin səlimin atası Yanvar sizin hesabladığınız pensiyanı toplayıb Range Rover alıb.
Bizim pensiyalar ölkənin iqtisadi göstəricilərinə uyğun gəlmir. Sənin (Elman Babayev) kimisinə pensiya nə lazımdır ki, öz uşaqlarınında yüz illik "pensiya" pulu evində və ya xaricdəki hesablarındadı.
Adamanın dili ağzında quruyur sadəcə. Bu öz adaşı kimi yalnız qəliz cümlələr işlətməklə elə bilir heç kəs onu başa düşməyəcək. Xəbərin əvvəlinə də elə məsum başlıq seçilib ki, adam istəyir canını buna qurban verə. sonuncu pensiya hoqqabazlığındakı fırıldaqları yaltaq olmayan iqtisadçılar tam şərh ediblər. Bu qanun yalnız hal-hazırda yüksək vəzifədə işləyən dövlət adamlarına sərf edir. Çünki, onlar üçün bugün 1.000.000 manat pul yatırmaq cətin deyilki, pensiya vaxtı əz azı 7000 alsınlar. bu qədər sadədir.
Təzə nazirin qadasını min dəfə alardım iki eşşəyin arpasini bölə bilməyən insanlar, heç özü də danışdığını başa düşməyə oradan azad etsə. ....xalqa düşmən kəsilibler.Allah prezidentin canını sağ eləsin,Selimi qovdu, qaldı onun adamları..... Səlim Müslümova Allah heç rəhmət eləməsin!!!
Naziri kölə, məmuru manqurt olan millətin vay halına! Unutma ki, keçmişinə xor baxanı, gələcək topa tutar! Vəzifə ötəridir - gün gələr taxtdan salınarsız, o zaman bu zavallı xalqı hansı zülmə məruz qoyduğunuzu anlayar və bədəlini alarsız... Azərbaycanı Absurdistana çevirənlərə lənət!!!
....Belə mizer pensiya ilə dilənçilər yaşayır.Məgər,bu dövlət təmintdır?Səlim Müslümovun atasının,deyirlər iki ədəd 150 minlik avtomobili var.Əgər təmizdirsə ,onda astasına avtomobil almağa bu qədər pulu hardan tapıb?Nə isə.S.Müslümov başçılıq etdiyi nazirliyi əsil oğurluq yuvasına çevirmişdi.Hətta onun can-ciyəri və yerlisi olan Əjdər Ol nazirlikdə xoşuna gəlməyənləri istədiyi kimi işdən qovurdu.Allah cəzalarını versin!