Menu

Pompeo Brüsseldə - NATO üzrə müttəfiqlərlə danışıqlara gəlib

27.04.2018, 12:13
Pompeo Brüsseldə - NATO üzrə müttəfiqlərlə danışıqlara gəlib

«AzPolititka.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni dövlət katibi Mayk Pompeo bu vəzifəyə təyinatından cəmi bir neçə saat sonra, NATO üzrə müttəfiq dövlətlərlə danışıqlar aparmaq məqsədilə Brüsselə gəlib.

«ABC» telekanalının məlumatına görə, NATO-ya üzv dövlətlərin xarici işlər nazirləri bu gün Belçika paytaxtında görüşərək, alyansın iyul ayına təyin olunmuş sammitinə hazırlıq işləri aparacaqlar.

Nazirlər, Rusiya və Əfqanıstanla bağlı məsələləri və alyansın yeni üzvləri üçün «açıq qapılar siyasəti»ni müzakirə edəcəklər.

Yüksək çinli amerikalı məmurun sözlərinə görə, «Pompeo NATO-nun «Rusiya ilə adəti üzrə işlərə yox!» vahid mövqedə qalacağına əmin olmaq, o cümlədən, üzv ölkələrə alyans üçün müdafiə işlərinə ÜDM-in 2,0 faizi qədər vəsait ayırmağa çağırış etmək niyyətindədir».

Telekanal xəbər verir ki, Pompeo həm də İtaliya və Türkiyəli həmkarları ilə danışıqlar aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol