Menu

Hərbi hissələrdə yoxlama

17.07.2014, 12:08
Hərbi hissələrdə yoxlama

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qazax, Tovuz, Gədəbəy, Daşkəsən və Göygöl rayonları ərazisindəki hərbi hissələrin döyüş növbəçəkmə postlarına baxış keçiriblər.

Ombudsman Aparatından azvision.az-a verilən məlumata görə, baxış zamanı şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, xüsusilə modul tipli yataqxanaların istifadəyə verilməsi, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib.

Baxışlar zamanı hərbi hissələrdə bir neçə hərbi qulluqçunun şifahi müraciətləri dinlənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol