Menu

Rusiya «pamidor siyasəti»ni dəyişir - Mayın əvvəlindən...

27.04.2018, 17:15
Rusiya «pamidor siyasəti»ni dəyişir  - Mayın əvvəlindən...

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, «Rosselxoznadzor» Türkiyədən tomat idxalına qoyuluş məhdudiyyətləri may ayının birindən başlayaraq, aradan qaldıra bilər. Bu barədə idarənin saytında xəbər verilir.

«Baytarlıq və fitosanitar nəzarəti üzrə federal xidmət xəbər verir ki, idarə Türkiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq Nazirliyinin zəmanəti altında 2018-ci il mayın 1-dən başlayaraq, Türkiyədə «tomat moli»sindən (Tuta absoluta) azad bölgələrdə istehsal olunan tomat məhsullarının Rusiya Federasiyası ərazisinə məhdudiyyət olmadan gətirilməsinə icazə verilməsini mümkün hesab edir» - xəbərdə deyilir.

Rusiya hələ 2016-cı il yanvarın birindən, Türkiyə hərbi-hava qüvvələrinin Rusiya təyyarəsinə hücumundan sonra bir sıra ərzaq məhsullarının ölkə ərazisinə gətirilməsinə embarqo qoymuşdu. 2016-cı ilin payızından başlayaraq, məhdudiyyətlər ardıcıl olaraq aradan qaldırılsa da tomat idxalı üzrə qadağa qüvvədə qalırdı.

Bundan əvvəl Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bəyan etmişdi ki, Rusiya Türkiyədən tomat idxalı siyahısını genişləndirə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol