İŞBİLMƏZ NAZİR HƏM DƏ "ŞAPKA" TƏLƏB EDİRDİ! - İnam Kərimov inamı doğrulda biləcəkmi?...
Prezident seçkilərindən sonra - hökumətin yenidən formalaşdırılması zamanı istefaya göndərilə biləcəyi fikrini yaxına buraxmayan nazirlərdən biri də Kənd təsərrüfatı naziri Heydər Əsədov olub. Sabiq nazirə yaxın mənbə "AzPolitika.info"ya bildirib ki, H.Əsədov yenidən təyin olunacağına o qədər əmin idi ki, hətta gözlənilən təyinat xəbərlərinə maraq belə göstərmirdi. Yaxınlarından birinin təyinatlarla bağlı sorğusuna sabiq nazir təxminən belə reaksiya verib: "A kişi, o məsələlərin bizə aidiyyatı yoxdur!" Yəni, H.Əsədov onun təyinatı məsələsinin müzakirə mövzusu olmadığını bildirmək istəyirdi.
Sabiq nazirin bu özündənəminliyi nə ilə bağlı olub, demək çətindir. Zaman sübut etdi ki, o, ciddi şəkildə yanılıb. Yaxud, onda bu əminliyi yaradanlar sözlərinin üstündə dura bilməyiblər. H.Əsədov və onun himayədarlarından fərqli olaraq, cəmiyyətdə onun təyin olunmayacağına inam güclü idi.
H.Əsədovun istefaya göndərilməsini bir neçə faktor şərtləndirirdi: Ziya Məmmədovla qudalıq və sahə üzrə qeyri-peşəkarlıq, eyni zamanda kənd təsərrüfatı sektorunda artan korrupsiya və naşılıq! Şübhə yoxdur ki, məhz bunlara görə, H.Əsədovu sığındığı qüdrətli dairələr də xilas edə bilmədilər (Bəlkə də istəmədilər-red.) və beləliklə də, kənd təsərrüfatı sektorunda daha bir dövr qapandı.
Əsədovdan boşalan nazir postuna isə Azərbaycan hökumətinin ən uğurlu layihəsinin - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN XİDMƏTİN) sədri İnam Kərimov təyin edilib. Bu təyinat ictimaiyyət arasında birmənalı qarşılanmadı. Bir çoxları İnam Kərimovun rəhbərliyi altında ASAN Xidmətdə vətəndaşlara yaradılan şəffaf və keyfiyyətli xidməti əsas götürərək, onun Kənd Təsərrüfatı naziri təyin olunmasını ən doğru seçim kimi dəyərləndirdi (Əlbəttə, istənilən təyinatı alqışlayan məddahları nəzərdə tutmuruq - müəl.). İnam Kərimovun fermerlərin qarşılaşdığı çətinlikləri, süni maneələri tezliklə aradan qaldıracağına və sahənin inkişafına təkan verəcək addımlar atacağına ümid edilir.
Ancaq İnam Kərimovun da Heydər Əsədov kimi aqrar sektor üzrə mütəxəssis olmadığna diqqəti çəkərək, bu təyinatın doğruluğuna şübhə ilə yanaşanlar, tənqid edənlər də az deyil. Bu zaman maliyyəçi Heydər Əsədovun kənd təsərrüfatı naziri işlədiyi dövrdə aqrar sektorda hansı vəziyyəti yaratdığına, yad bir sahədə olduğunu az qala hər bir qərarında, çıxışında nümayiş etdirdiyinə diqqət yönəldilir. Dövlətin böyük dəstəyinə baxmayaraq, kənd təsərrüfatında ciddi irəliləyişin əldə olunmaması, bir çox sahələrdə hətta dərin tənəzzülün baş verməsi məhz Heydər Əsədovla, onun həm özünün, həm də ətrafının sahə üzrə diletantlığı ilə bağlanır. Haqsız da sayılmazlar...
Heydər Əsədov kənd təsərrüfatını inkişaf etdirə bilmədi
Məsələ ondadır ki, son illər, xüsusən də neftin dünya bazarındakı qiyməti kəskin enəndən sonra Azərbaycan hökumətinin inkişaf etdirməyə çalışdığı sahələr arasında kənd təsərrüfatı birinci yerdə dayanıb. Həm ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması, həm də əhalinin məşğulluğunun təmin olunması və külli miqdarda valyutanın xaricə axmasının qarşısını almaq baxımından, aqrar sektorun inkişafına xüsusi önəm verilib. Buna görə də, Prezident İlham Əliyev keçirdiyi bütün müşavirələrdə aqrar sektora xüsusi yer ayırıb, bu sahənin inkişafı ilə bağlı göstərişlər verib.
Eyni zamanda, kənd təsərrüfatına dövlət dəstəyinin, subsidiyaların artırılması, fermerlərin lazımı texnika və aşağı faizli kreditlərlə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirilib. Ancaq bütün bunlara baxmayaraq, kənd təsərrüfatında sıçrayışlı inkişafa hələ də nail olmaq mümkün olmayıb. İnkişaf yalnız şişirdilmiş statistik rəqəmlərdə özünü göstərib. Böyük vəsaitlər xərclənsə də, səmərəlilik əldə olunmaması təbii ki, ilk növbədə idarəetmənin effektsizliyini ortaya çıxarıb. Ancaq yanız bu deyil...
Əsədovun ətrafına kənd təsərrüfatını inkişaf etdirmək qabiliyyətində olan mütəxəssisləri deyil, özünə yaxın dost-tanışı toplaması, dövlətin bu sahəyə ayırdığı vəsaitlərin ünvanına çatmaması, subsidyaların “şapkasız”, lizinqlə alınan aqrotexnikanın fermerlərə rüşvətsiz verilməməsi və sair bu kimi hallar aqrar sektora ağır zərbə vurub.
İnam Kərimov ya bacarıqlı bir dövlət xadimi kimi tanınacaq, ya da...
Buna görə də, İnam Kərimovu çətin bir vəzifə gözləyir. O, ilk növbədə Heydər Əsədovun nazirliyə topladığı korrupsioner və eyni zamanda diletant komandanı ordan uzaqlaşdırmalı, həqiqi mütəxəssisləri iş başına qaytarmalı və ən əsası, korrupsiyanın kökünü kəsməlidir. Yalnız bundan sonra kənd təsərrüfatının həqiqi inkişafından danışmaq olar. Ona görə də, İnam Kərimovun üzərinə böyük məsuliyyət qoyulduğunu, ona sözün həqiqi mənasında çətin bir vəzifə tapşırıldığını söyləyə bilərik.
Bu vəzifənin öhdəsindən necə gəlməsi yalnız kənd təsərrüfatının gələcəyini deyil, elə İnam Kərimovun özünün də, bir növ imicini, karyerasını müəyyən edəcək. Əgər vəziyyəti dəyişə, nazirliyin fəaliyyətində əsaslı dönüş yarada, aqrar sektorun inkişafına nail ola bilməzsə, bu onun ASAN Xidmətdə qazandığı müsbət reputasiyanı da itirməsinə səbəb olacaq. ASAN Xidmətdəki şəffaflıq və iş keyfiyyətinin onunla bağlı deyil, burada formalaşdırılmış sistemlə bağlı olması fikri yaranacaq.
Yox, əgər gözlənilən dəyişiklikləri sürətlə reallaşdıraraq, kənd təsərrüfatının inkişafına mane olan halları aradan qaldıra, bu nazirlikdə də şəffaf mühit, keyfiyyətli iş rejimi yarada bilsə, İnam Kərimov bacarıqlı bir dövlət xadimi kimi özünü sübut etmiş olacaq. Əlbəttə, kənd təsərrüfatı kimi mürəkkəb bir sahəni idarə etmək, burada qısa müddətdə uğurlu nəticələr qazanmaq, inkişafa nail olmaq o qədər də asan deyil. Aqrar sektorun hər bir sahəsinin inkişafı uzunmüddətli və ardıcıl zəhmət, düşünülmüş və islahatyönümlü siyasət tələb edir. Bunun üçün isə fikrimizcə, İnam Kərimovun bəzi istiqamətlərdə təxirəsalınmaz addımlar atmasına ehtiyac var.
Şərabçı İsmət Abbasov və maliyyəçi Heydər Əsədov “pulyığanları” vəzifələrə doldurub!
Birincisi, doğru kadr seçimi həyata keçirilməlidir. Kənd təsərrüfatını güclü bilən insanlar bu gün kənarda qalıb. Nazirliyə kənd təsərrüfatı üzrə mütəxəssisləri cəlb etmək zəruridir.
Həm də vəzifələrə sadəcə aqrar sahədə təhsili olan sıradan birilərini deyil, Azərbaycanda kənd təsərrüfatındakı mövcud vəziyyəti, problemləri dərindən bilən, onların həlli yolları barədə yenilikçi düşüncələrə malik, ölkənin iqtisadi çoğrafiyasından tam məlumatlı, bu sektordan böyük vəsait götürən dövlətlərin təcrübəsini öyrənmiş həqiqi mütəxəssisləri təyin etmək lazımdır.
Çünki kənd təsərrüfatında mövcud vəziyyətin yaranmasının başlıca səbəbi nazirlikdə ixtisaslı kadrların sahə üzrə diletant şəxslərlə əvəzlənməsidir. Əvvəlcə şərabçı İsmət Abbasov, sonra isə maliyyəçi Heydər Əsədov nazirliyi uzun illər ərzində yetişmiş mütəxəssislərdən “təmizləyərək”, əvəzinə “pulyığanları” vəzifələrə doldurublar.
“Kənd Təsərrüfatı Nazirliyində rəhbər işçilərin heç biri mütəxəssis deyil”
Azərbaycanda aqrar sektorun problemlərini dərindən bilən mütəxəssislərdən biri olan Kənd Təsərrüfatı Nazirliyinin sabiq idarə rəisi Sabir Vəliyev bunu dəfələrlə bəyan edib. O, Heydər Əsədovun ixtisaslı kadrları çıxarıb, yerinə institutu yenicə bitirmiş maliyyəçiləri vəzifəyə gətirməklə, kənd təsərrüfatını məhvə apardığını bildirirdi. Sitat: “Burada adi şöbə müdirləri belə düzgün seçilməyib. Onların bəziləri nazirin qohumlarıdır, çoxu da rüşvətlə işə götürülüb. Bu, kənd təsərrüfatını çox böyük tənəzzülə aparır...
Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyində rəhbər işçilərin heç biri mütəxəssis deyil...
Heydər Əsədovun müavini İlham Quliyev kiminsə yaxın adamıdır. O, tikinti işçisidir, nazirlikdə təftişi, maliyyəni ona veriblər. Onun kənd təsərrüfatından anlayışı yoxdur, ümumiyyətlə, bu sahədən başı çıxmır.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbova 17 institut tabedir. O kənd təsərrüfatında elmi-tədqiqat aparılması işlərini nə bilir ki, elmi müşavirə keçirib, istiqamət versin? O, baytarlığın, bitki mühafizəsinin, eləcə də elmin digər sahələri üzrə alimlərə nə deyə bilər? Heç nə bilməyən mütəxəssisləri gətirib nazir müavini qoymağın mənası yoxdur...
Son illər Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində nazir olan adamlar qeyri-mütəxəssis olduğu üçün peşəkar adamları oradan uzaqlaşdırır ki, ona maneçilik törətməsin".
"Biabırçılıqdı, idarə rəislərinin hamısından 60-70 min manat pul alıblar"
"“Aqrolizinq” ASC-yə sədri fermer qoyublar. Ora rəhbər olan şəxs hər bir texnikadan xəbərdar olmalıdır, bitki mühafizəsindən məlumatlı olmalıdır. Bunların hamısı ölkə üçün önəmli bir sahədir. Əgər Kənd Təsərrüfatı Nazirliyinə peşəkar adamlar təyin edilsə, dövlət büdcəsinin böyük hissəsini kənd təsərrüfatı məhsulları ödəyərdi…
Yerlərdə prezidentin sərəncamı ilə kənd təsərrüfatı idarələri açılıb, amma Heydər Əsədov ora qeyri-peşəkar adamları yığıb… Kadrlar idarəsində işə götürülənlər rüşvətdən başqa heç nə bilmir. İdarə rəislərinin hamısından 60-70 min manat pul alıblar. Ora pul verib girən adamların hamısı da peşiman olub. Əvvəllər belə şey olmamışdı. Bu, biabırçılıqdı. Belə nazirlik olmaz” - bunları da Sabir Vəliyev müsahibələrinin birində deyirdi.
Göründüyü kimi, İnam Kərimovun ilk işi nazirliyi, onun yerli idarələrini “təmizləmək”, mütəxəssisləri vəzifəyə təyin etmək olmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə toplanmış qeyri-peşəkarlarla sahəni inkişaf etdirmək olmaz.
“Hər kəsdən “şapka”, hər yerdən rüşvət” prinsipi...
İkincisi, nazirlikdə hələ İsmət Abbasovun zamanından formalaşmış, Həydər Əsədovun dövründə inkişaf etdirilmiş “HƏR KƏSDƏN “ŞAPKA”, HƏR YERDƏN RÜŞVƏT” prinsipinə son qoyulmalıdır.
Daha açıq desək, subsidiyaların, kənd təsərrüfatı kreditlərinin “şapka” ilə, texnikanın “otkat” şərtilə verilməsi təcrübəsi aradan qaldırılmalıdır. Bunu üçün də ilk növbədə həmin sahələrə məsul şəxslərin dəyişdirilməsinə ehtiyac var. Dəyişikliyə, fermerlərin daha çox narazı qaldığı “Aqrolizinq” ASC-dən başlamaq olar. Heydər Əsədovun bu qurumun başına gətirdiyi fermer Elşən Məmmədov da sabiq sədri Əli Bayramovun vaxtından qalan ənənəni dəyişdirə bilməyib, ya da istəməyib. Quruma müraciət edən hər kəsə “bazarlıq” təklif olunub.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, “Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməlidir. Cəmiyyət həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır. Ancaq...
“Aqrolizinq” ASC-də fermerlərə texnikanın pulu “otkat” şərtilə verilir
Ancaq “Aqrolizinq” ASC-də 20 faizlə razılaşmırlar. Texnika və avadanlıqlar almaq məqsədilə kənd təsərrüfatı istehsalçılarına ayrılan pulun müəyyən hissəsi geri istənilir. Yəni, fermerlərə texnikanın pulu “otkat” şərtilə verilir. “Otkat”ın faizi isə ayrılan vəsaitin həcmindən asılı olaraq dəyişir.
Məsələn, sahibkar F.Ələsgərov "AzPolitika"ya şikayətində yazır ki, “Aqrolizinq”də ondan 15 faiz "otkat" tələb ediblər. Razılaşmadığı üçün isə nazir Heydər Əsədovun onlarla adamın, o cümlədən jurnalistlərin qarşısında söz verməsinə baxmayaraq, pul ayırmaqdan imtina ediblər. "Oktyabrın 17-də Bərdədə H.Əsədovun fermerlərlə görüşündə iştirak etdim. Bir təhər, xahiş-minnətlə nazirlə görüşə buraxıldım və ondan xahiş etdim ki, mənə Çindən balıq yemi ekstruderinin alınıb gətirilməsinə kömək etsin. Ətraflı izah etdim ki, iki devalvasiyadan sonra xaricdən balıq yemi çox baha başa gəlir, ona görə də bu sahə iflas etmək ərəfəsindədir. Əgər kiçik istehsal sexlərinin qurulmasına yardım edilərsə, həm sahə iflasdan qurtarar, həm də hər il külli miqdarda valyutanın xaricə axmasının qarşısı alınar.
H.Əsədov çox diqqətlə dinlədi, əlavə suallar verdi. Sonda da 20 faizinin mənim tərəfimdən ödənilməsi şərtilə təxminən 50 min dollarlıq avadanlığın Çindən alınıb-gətirilməsi barədə "Aqrolizinq" ASC-nin görüşdə iştirak edən sədr müavininə göstəriş verdi. Görüşdən dərhal sonra isə mən tədbiri izləyən telekanallara müsahibə verib, nazirə təşəkkür etdim. Lakin "Aqrolizinq"də məni 3 ay get-gələ saldıqdan sonra telekanallara müsahibədə təriflədiyim nazirin adından 15 faiz "otkat" istədilər. Mən razılaşmayanda isə nazirin onlarla adamın, o cümlədən jurnalistlərin qarşısında söz verməsinə baxmayaraq, müxtəlif bəhanələrlə pul ayırmaqdan imtina etdilər. Mən Heydər Əsədova məktub yazıb verdiyi sözü xatırlatsam da, heç bir xeyri olmadı. Əmin oldum ki, 15 faizlik "otkat" şərti həqiqətən də elə nazirin özü tərəfindən qoyulub".
ASC-nin özü tərəfindən alınaraq fermerlərə təklif olunan texnikanı, avadanlıqları, gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da güzəştli şərtlərlə əldə etmək pulsuz deyil. Bu da fermerlərin çoxunda "Aqrolizinq"lə əməkdaşlığa marağı azaldır.
Ona görə də, son illər dövlət bu sahəyə 100 milyonlarla manat vəsait ayırsa da (təkcə bu il üçün 160 milyon ayrılıb-müəl.), lazımı nəticə əldə olunmayıb. Dövlətin ayırdığı vəsait kimlərinsə varlanmasına xidmət edib. Məsələn, mətbuatda yayılan məlumatlara görə, “Aqrolizinq” ASC-nin xətti ilə fermerlərə təklif olunan təkcə bir növ avadanlıqdan - taxilsəpən aqreqatından sabiq nazir Heydər Əsədovun qardaşı
Ancaq, əvvala bu kreditlər konkret layihələrə yönəldilməli, təyinatı üzrə xərclənməsinə çox ciddi nəzarət olunmalıdır. Aşağı faizlə kənd təsərrüfatı krediti götürənlərin bir çoxu bu vəsaiti əmlaka, tikintiyə, ticarətə yönəldiblər. Nəticədə həqiqətən kənd təsərrüfatı ilə məşğul olanlar maliyyə vəsaitləri əldə edə bilmir.
Digər tərəfdən də kənd təsərrüfatı kreditlərinin verilməsindəki “şapka” aradan qaldırılmalıdır. Hamıya məlumdur ki, bu kreditlərin 15 faizi “şapka” kimi geri alınır. Nəticədə dövlətin kənd təsərrüfatının inkişafına ayırdığı güzəştli kreditlər müəyyən səlahiyyət sahiblərinin varlanmasına xidmət edir.
Subsidiyalar korrupsiyanın “yeminə” çevrilir!
Eləcə də, subsidiyaların verilməsi mexanizmini dəyişmək lazımdır. Məsələ ondadır ki, Azərbaycanda əkin sahəsinə görə subsidiyalaşma kənd təsərrüfatı istehsalında ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə gətirməyib. Ona görə də, fikrimizcə, ekspertlərin təklif etdiyi kimi, dövlətin dəstək verdiyi bütün növ bitkilər üzrə subsidiyalar əkin sahəsinə görə deyil, son məhsula görə verilməlidir. Subsidiyaların əkin sahəsinə görə verilməsi, sadəcə korrupsiya üçün şərait yaradır.
Nazirlikdə bu sahəyə nəzarət edənlər işbazlarla əlaqəyə girərək, 1000 hektarlarla boş ərazini əkin sahəsi kimi qeydiyyata alaraq, subsidiya ayırırlar. Bir müddət sonra isə, olmayan əkin sahəsini ya quraqlıqdan, ya da təbii fəlakət nəticəsndə guya məhv olmuş kimi sənədləşdirirlər. Ayrılan pul isə bölüşdürülür.
Bir çox hallarda nazirliyin yerli idarələri kəndlərdəki icra nümayəndələri və bələdiyyə sədrləri ilə birləşərək bu saxtakarlığı həyata keçirirlər. Təbii ki, “yuxarıların” haqqını verməklə. Təsadüfi deyil ki, Kənd Təsərrüfatı Nazirliyinin internet saytında əkinlərə görə subsidiyaların verilməsinə dair cədvəllərə baxdıqda açıq görünür ki, hər kənddə ən çox subsidiya məhz icra nümayəndələri və bələdiyyə sədrlərinə verilir. Məhz buna görədir ki, 10 ildən yuxarıdır Azərbaycanda taxıl əkinlərinin sahəsinə görə istehsalçılara subsidiya ödənsə də, əkinlərin sahəsi az qala 1 milyon hektara çatsa da, ölkə ərzaq buğdasının böyük hissəsini xaricdən idxal edir. Hər il Rusiya və Qazaxıstandan təxminən 300 milyon dollarlıq buğda alınır.
Yəni, subsidiyalar gözlənilən nəticəni verməyib. Nəticədə dövlətin yenə kənd təsərrüfatının inkişafına ayırdığı vəsait müəyən şəxslərin cibinə axıb. Bunu aradan qaldırmaq üçün subsidiyaların verilmə mexanizmi dəyişilməli, şəffaflıq təmin edilməlidir.
İnam Kərimov ona olan inamı doğruldacaqmı?
Əlbəttə, ölkədə aqrar sektorun sürətli inkişafını təmin etmək üçün görülməsi zəruri olan işlər bunlarla yekunlaşmır. Ancaq kənd təsərrüfatında dönüş yaratmaq, necə deyərlər, sahəni “yerindən tərpətmək” üçün ilk növbədə bu 3 problemi həll etmək lazımdır. Bunun üçün müəyyən vaxt lazım olsa da, bəzi addımların atılmasını ləngitmək olmaz. Xüsusən kadrlarla bağlı qərarlar və vəsaitlərin paylanması mexanizmlərinin dəyişdirilməsi ən qısa müddətə həyata keçirilməlidir. Təcrübə göstərir ki, vaxtında atılmayan addımların səmərəsi də çox az olur.
İnam Kərimov nəzərə almalıdır ki, ASAN Xidmətin fəaliyətinə görə, onun nazir təyin edilməsi kənd təsərrüfatı istehsalçılarında, fermerlərdə qarşılaşdıqları problemlərin aradan qaldırılacağına müəyyən ümid, inam yaradıb. Müəyyən zəruri qərarları verərək, sadəcə onlara bu inamlarında yanılmadıqlarını göstərməklə, aqrar sektorda sıçrayışlı yüksəlişə nal olmaq olar. İnam Kərimov bunu bacaracaqmı, izləyib, görəcəyik!
İ.İsmayılbəyli
AzPolitika.info
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Niyə belə "işbilməz"ləri təqdim edənlər cəzalanmır? Axı bundan ölkə və vətəndaşlar itirir.Bu birinci deyil və axırıncı da deyil.Normal zamanlarda belə məsul işlərə tətin edəndə ulu babaya qədər əlaqələr,davranışlar,əməllər araşdırıldıqdan sonra ( bu dövlət üçün heç bir çətinlik yaratmır) bütün dosye təqdim olunurdu və müsbət göstəricilər olduğu halda tsdiq üçün təqdim edilirdilər.Bəs indi niyə bu özünü doğrultmuş üsul yaddan çıxarılıb? Burada rüşvət probleminin rol oynadığı istisna olunmur.
1)Kolxoz və sovxoz qayıtmayacaq; 2)Sabir m dövründə aqrar sahədə vəziyyət heçdə ürək açan deyildi; 3)Həm İsmət m, həm də Heydər Əsədovun problemi ondan ibarətdirki, aqrar sahəyə innovasiyalı idarəetməni gətirə bilmədilər; 4)Yeni nazir Azərbaycanda innovasiyanın BRENDİDİR; 5)Əgər aqrar siyasəti məşğulluğun artırılmasına istiqamətləndirsə uğur olacaqdır. Bu qədər.
Sən elə bitərəf olaraq qalsan yaxşıdır.Ayə.güya bu rüşvət, korrupsiya məsələsi bir nazirdən asılıdır? Nazir kim olur-olsun o sistemin tələbindən kənara çıxa bilər? Bu elə bir sistemdir ki,ilk kağıza imza etdikdən sonra olursan sistenmin qulu.DEyirlər filan məbləği ora köçür,filan məbləği buraya ötür.Qalanları ilə həm işini gör.həm özün qazan.İstədikləri vaxt da işdən çıxarılan nazirlər kimi hər tərəfi cinayət.Bax.ona görə gəl,bitərəf olaraq qal.Nə işin var.
Maraqlıdır.İnsan anlamadığı sahəyə necə nazir olur? Bu sahə yazıq deyilmi? Belə təyin olunan insan özünə hörmət edə bilərmi? Bu zaman ondan nə gözlənilə bilər?
Belə sahəyə nabələd nazirlər ölkəni tənəzzülə saldılar. Hələ də bu prosess davam edir.Bu kadrlar necə,hansı keyfiyyətlərinə və nəyin hesabına təyin olunurlar? Axı bizim nazir və Komitə sədrlərinin 80 faizi ixtisasca bu sahə adamları deyl.Onda onlardan hans; irəliləyiş inkişaf gözləmək olar?Bu yanlış kadr siyasəti deyilmi?
Güya ki, yeni nazir kənd təsərrüfatı işlərini biləndir? Prosto-şilo na mılo dəyişilib.Yaziq millət.ələ salınıb.
Öncə yeni Nazir İnam Kərimovu təbrik rdirəm. Lakin o belə bir bataqlığı quruda biləcəkmi, zaman göstərəcək. Qaldı ki elə bilirəm sonuncu Prezident seçgisindən sonra dövlət quruculuğunda önəmi olan mövcud siyasi idarəetmə sistemi dəyişdirilməli idi. Əslində buna 2010-cu uldə son verilməli idi. Çünki onda artıq dövlət quruculuğu tam başa çatmışdı. Görünən o ki, Cənab Prezidentin son illərdə etdiyi kadr islhatlarındakı dəyişiklik effekt vermir. Məsələnin kökünə varıb, həllini aramaq şərtdir.
Mütexessis meselesi butun dövlet idarelerinin problemdir. Ein ki kend tesrrüfati nahirliyinde hetta xarici ishler nazirliyinde de eyni veziyyetdir, emekdashlarin coxusu beynelxalq münasibetlerin ne oldugundan xeberleri bele yoxdur, xarici dil ise rus dili vesab olunur....
Her ikisine ugurlar. Ikiside Azerbaycan ucun deyerli insanlardi . Gedenin dalinca danismaq bizim adet enenemizdi. Amma baxir kim danisir ........
"Şapka" ilə işə gələn başqa nə soruşmalı idi?
Qosuluram maarif qardasimin sozlerine. Menimde cox sayda texnikam var lizinq yolu ile almisam son 2 il erzinde.Rusvetsiz,shapkasiz,kepkasiz tam SEFFAV. Menimdd adimin lizinqda qeyd edildiyine dair sorgu verin tay yalandan adlar yazmayin burda. SHAPKA yox bir KEPKA. Ayib olsun yalan danisanlara
ALLAHiniz olsun!!! 2014 ci ilden Bu gune qeder AQROLIZINQdan muxtelif markali deyerleri 600 000 manatliq texnikalar elde Etmisem. Hec 1 qepik artiq pul rusvet vermemisem. 240 000 manat guzest tedbiq olunub tam SEFFAV RUSVETSIZ tam qanuna muvafiq. Adimi aqrolizinqda yoxlatdira bilersiniz sorgu gonderin ve emin olun.
Faktdır ki, insan fəaliyətinin bütün sahələrinin inkişafı bilavasitə müasir Elektron Texnika və Texnologiyasının tətbiq səviyəsi ilə müəyyən olunur. Ölkəmizdə “ASAN XIDMƏT” kimi təşkil olunmuş, kütləvi olaraq çətin anlaşılan, mürəkkəb Elektron İdarəçilik Sistemindən minnətdarlıq hissi ilə bəhrələnən hər bir kəsdə, İnam Kərimov kimi yüksək intelekt sahibinin əzmkarlığı sayəsində yaranacaq Kənd Təsərrüfatınin Elektron İdarəçiliyində də böyük uğurlar əldə olunacağına tam əminlik yaranır. Bu məqsədlə qustar üsulla toplanmış “bəlli” maliyyə vəsaitlərindən istifadə edilməsi daha faydalı olar.
İnşallah yaxşı olar
Təklif edirəm: 1)Köhnə işləri buraxıb kolxoz və sovxozları bərpa etmək; 2) Şəhər və rayonlarda işsizləri ailəsi ilə birlikdə kəndə qaytarıb kolxozun üzvü edib işə cəlb edərək kolxozçuların maddi rifah halın yaxşılaşdırmaq; 3) hər cür əsassız yoxlamaları ləğv etmək və heç bir neqativ hala imkan verməmək(xüsusən də prokurorluq, polis əməkdaşlarını kolxoza buraxmamalı); 4)İsmayıllıdakı "İvanovka"kolxozunun təcrübəsindən tam şəkildə istifadə etmək və sairə.
Sahəyə bəəd olmayan,mütəxəssis olmayan,sahə üzrə iş təcrwbəsi olmayan itaətkar insanlardan nə ölkəyə ,nə millətə,nə də he kimə xeyir gəlməz! Bunu bir dəfə anlamaq lazımdır.Eksperimentər bunu sübut edib.Çünki belə öz ixtisasına,şəxsiyyətinəhörmət etməyən,vəzifə dalınca qaçanların tapşırılan sahəəni bərbad etdiklərinin sübuta ehtiyaçı yoxdur. Misal: 20-25 ildir Azərbaycanın başına gətirilən talanlar,korrupsiya, oğurluq,qohumbazlıq ,işsizlik,kasıbçılıq,tənəzzül və onun acınacaqlı nəticələri.
Sabir veliyevin 80 yasi var ele bilirki bu gun ona ehtiyac var. amma zaman o zaman deyil. Hersey yenilenir ve sene ehtiyac yoxdur. Birdeki dovletde ele sistem qurulub ki eger kimse “shapka” istese qaynar xetler yaradilib. Bu barede dovletin xeberi olardi. Kohne kafa agilliliq etme otur halvani cal
Əvvala bunlar düzsə niyə tədbir ğörülmür.Niyə xalqın malı bir qurup tərəfindən mənimsənməlidir?
Yeni nazir İnam bəy öz fəaliyyətində ixtisaslı kadr olmasa da o rəhbərlik etdiyi nazirlikdə şəffaflığı təmin etmək üçün şəxsən rüşvət almasa həmin nazilrikdə heç kim rüşvət ala bilməz.O şərtləki həmin nazirin tabeliyində işçilər daha yüksək vəzifəli şəxslərin qohumları olmasınlar.Əgər İnam məüllimin tabeliyində işləyən işçilərin qohuları İnam müəlimdən daha yüksək vəzifəli şəxslərdirsə,onlar İnam müəllimi nazir kimi saya salmayacaqlar.Bu belədir.Rüşvərxorluqla mübarizə inam müəllimin iradəsindən asılı deyil
Kütləvi şəkildə olan rüşvətə görə nə qədər adam cinayət məsuliyyətinə cəlb olunub?
bu ilham quliyev institutda 3-lə oxuyurdu.həmişə də ..gəzirdi.indi nazir müavini olub......
İnam Kərimovun işi yarıdacağına inanmaq çətindir.Elə bil ,avtomobil çilingərinin qabağına elektron cihaz qoyub,deyirsən ki,bunu təmir et.Çilingər isə elektron sistemi bilmədiyinə görə yerində donub qalır.Həm də İ.Kərimov şəhərdə doğulduğuna görə,ümumiyyətlə, kənd təsərrüfatından xəbərsizdir.Eksperimentlər həmişə uğur gətirmir.Hər kəs peşəsinin ardınca getsə yaxşı olar.
ƏLİNİN PAPAĞI VƏLİNİN BAŞINA VƏLİNİNKİ ƏLİNİN. ....FƏRQİ YOXDUR KİMDİR. EYNİ SİYASƏT DAVAM EDƏCƏK....
MOVZUDA QEYD OLUNDUĞU KİMİ ASAN XİDMƏT TƏBİİ Kİ MEXANİZMDİR ONA SADƏCƏ NƏZARƏTİ HƏYATA KECİRMƏK LAZİMDİR.QURUMDADA GORUM BAXİM OLUB AMMA QƏDƏRİNDƏ.QALDI İLHAM KƏRİMOV BACARACAQMİ BU TƏK İLHAMLİQ DƏYİL AXİ? AKULALAR QOYACAQ Kİ DUZ YOLLA GETSİN.HAMİNİN GOZU ONDA OLANDA ONUN DA GOZU CAŞMAYACAQMİ? RUŞVƏTXORLUQ BUTUN SİSDEMDƏN GOTURULMƏLİDİR? OLKƏMİZ UNİKALDİ.BAXİN AYLİQ ƏMƏK HAQQİ 1500-2000 MANAT OLAN İŞCİLƏRİN COXU BANKA BORCLUDUR.AŞAXİ ALAN SƏDR VƏ RƏİSLƏRİN MALİ-MULKU İSƏ MİLYONLA OLCULUR.ELƏ DƏYİL?