Menu

“Sumqayıt Kimya Sənaye Parkı” böyük zərərdə

28.04.2018, 12:39
“Sumqayıt Kimya Sənaye Parkı” böyük zərərdə

“Marja” xəbər verir ki, MMC 2017-ci ili 17 milyon 880 min manat zərər ilə başa vurub. MMC 2016-cı ili 19 milyon 743 min manat zərər ilə bağlamışdı.

2016-cı ildə Parkın gəlirləri 391 min 612 manat ikən, 2017-ci ildə 445 min 915 manata qalxıb. Ötən il MMC-nin əməliyyat xərcləri isə 18 milyon 373 min manat təşkil edib.

“Sumqayıt Kimya Sənaye Parkı” dövlət investisiyaları hesabına fəaliyyət göstərir. Dövlətin MMC-yə investisiyaları 195 milyon 19 min manata çatıb. Yığılmış zərər bu investisiyaların bir hissəsini silib və cəmi kapital ötən ilin sonunda 128 milyon 825 min manat təşkil edib. Parkın yığılmış zərəri 66 milyon 693 min manata çatıb.

Şərhlər

iqtisadçı 2018-04-28 12:39:08

Neftçala sənaye məhəlləsi də bunun təkrarıdır.Boşuna vəsait xərclənir,amma əhalinin güzəranı üçün heç bir tədbir görülmür.Axı bu zərər millətin boğazından kəsilən vəsaitlərdir.Bunu nə zaman anlayan insanlar irəli çəkiləcək?Azərbaycanda ərzaq və tələbat mallarının qiyməti dünyada ən yüksək səviyyədədir.Bəs maaşlar,müavinətlər,pensiyalar? Bir bu məsələni dşünən varmı?

Vətəndaş 2018-04-28 12:39:08

Bu adamlar hələ bilmir ki, Azərbaycanda neftdən başqa qaz.dəmir filizi,qızıl da çıxarılır.Bəs onların pulu hara gedir,Ha!Axı heç yerdə bunlarln adı çəkilmir,sanki heç yoxdur!Əgər hesba alınırsa niyə müavinət alanlar,pensiyaçılar bu gündədi?

Hesabdar 2018-04-28 12:39:08

Bəs, sragagün xəbər verilirdi ki, hələ 100 miliion isrif də edib?

Bashirov Qarib 2018-04-28 12:39:08

Bu da budcədən pul silməyin yeni metodudur.Necə olursa olsun bu puldan xalqa çatmamalıdır.Vəssəlam.

məmmədqulu 2018-04-28 12:39:08

Əsas odur ki, Molla Nəsrəddin demişkən bizi alverdə görsünlər!!Nöyütün canı sağ olsun! Şərqin Günəşi bu zərərə görə hirslənməyəc ki. Gələn il lap 50 milyon artıq xərcləsinlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol