2018-ci ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixrac 356,4 milyon ABŞ dolları təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 3 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilmişdir (98,7 milyon ABŞ dolları).
2018-ci ilin I rübü ərzində ixrac olunan qeyri-neft sektoruna aid məhsullar arasında isə elektrik enerjisi birinci (33,9 milyon ABŞ dolları), qızıl (30,9 milyon ABŞ dolları) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon ABŞ dolları) üçüncü olmuşdur.
Azadlıq infonun məlumatına görə, müqayisə üçün qeyd etmək lazımdır ki, Gürcüstan Statistika İdarəsinin məlumatına görə qonşu dövlətin analoji dövrdə ixracının həcmi 700 milyon dollar olub. Çox məhdud iqtisadi imkanları olan Gürcüstanın Azərbaycandan daha effektiv sənaye qurmasını bu fakt açıq göstərir.
Ermənistan Statistika Komitəsinin üç ayın nəticələri ilə bağlı yaydığı məlumat Azərbaycan üçün çox pis xəbərdir. Məsələ burasındadır ki, 2018-ci ilin birinci rübündə Ermənistanın ixracının həcmi 596 milyon dollar təşkil edib


Şərhlər
ANALOQSUZ INKISAF BU CEMIYYET HARA BAXIR HAQQimizi nece teleb edek issizlik qocalanda teqaut yox yasa millet 100 yasa
Dogrumu xəbər? Hazır sənaeni məhv edib, ehdiyad fondlarını bər-bəzəkə və daxili enerjini əcnəbi lahiələrə xərcləəndə belə olacaqdı. Dalandakı Qarabag diplomsiası ilə iqisadimizi də aşıb keçib. Pop-şüarlar deil Milli-düniəvi düşüncə ilə onun irəli çəkilməsi gərəkdi? Aləmdə hamı inkişafa gedir və nəicəsi kimin daha şəxsi-Mən deil, daha geniş ümummilli maraqla gedişindən asılıdır. Qarabag həlli, İqisadi islahlar üzrə çox suallı referendumlar səmərəli olardı?
"Antimilli ünsürlər", "erməni dəyirmanına su tökənlər" qoymurlar Azərbaycanı mal ixrac etməyə! "Onlar bizim inkişafımızı görmək istəmirlər"!!
Butun belalarin bashinda "kosmik inkishaf"durur.Gurcustanda rushvet,korrupsiya,ogurlug,talancilig,gohum-gudabazlig,artig leksikondan cixarilib.Bizde bir "olunun" evezine ikisi dirilir...
Olkə əhalisi digər iki ölkə əhalisinin bir yerdə cəmindən də çox olan Azərbaycanın bu qədər tənəzzul etməsi utancvericidir.Dövlət budcəmiz də 25mil.dollardan 11 milyarda qədər geriləməsi,iqtisadiyyatimizin surətlə kiçilməsi böhranın dərinləşməsinin əlamətidir.Görəsən anoloqsuz inkişaf nagılları bitdimi.