Menu

Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var

29.04.2018, 20:17
Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıtda iki avtomobil toqquşub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba magistralının Sumqayıt şəhərindən keçən hissəsində baş verib.

Qəza zamanı hər iki avtomobilin sürücüsü - 1952-ci il təvəllüdlü Bayramov Sahatmirzə Soltan oğlu və 1989-cu il təvəllüdlü Nəsrullayev Fərdi Eynulla oğlu ağır xəsarət alıblar. Yaralılar Sumqayıt şəhər TTYX-a çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol