Menu

ƏLİ HƏSƏNOVUN QOHUMLARI "QAÇQINKOM"dan UZAQLAŞDIRILDI! - Mənzil vədi verilənlərə şok

30.04.2018, 18:46
ƏLİ HƏSƏNOVUN QOHUMLARI "QAÇQINKOM"dan UZAQLAŞDIRILDI! - Mənzil vədi verilənlərə şok

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib. “Report”un xəbərinə görə, hər iki şəxslə bağlı Komitə sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.

Onların yerinə hələ ki təyinat olmayıb. Ə.Əkbərov Komitənin sabiq sədri, Baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.

Xatırladaq ki, bundan əvvəl Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad olunub. E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb.

Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Şərhlər

Obyektiv 2018-04-30 18:46:16

Neyi telesmeyim? payizda sayaram?.. Men burada prichem?! )) Deyen yoxdu ki, kimse tam idealdir ve hech bir sehvi ola bilmez.. Amma, guya o biri yaxshi idi ki?! Qachqin-kochkunlerin veziyyeti berbad gundedir, adi bir haqqlari chatan muvazinet ve kompensasiyalar zulmle verilib.. qurumun ishi aglar veziyyetdedi.. Onsuz da, bu yaziq kochkunler (bezilerini chixmaqla) heyatlari dayanmish haldadirlar + o gonu qalinlarin harinliqlari!.. Rovshen hemishe MM-de bu meseleleri qaldirirdi ve intellegentdir..

G.M 2018-04-30 18:46:16

Ə.Həsənovun Büdcəyə vurduğu zərəri kim ödəyəcək.Mənzil bölgüsü üçün Qaçqınlardan yığılan pulları kim qaytaracaq.``Qaçqınkomun`` puluyla alınmış Avtomobilin törətdiyi cinayətlərin bədəlini kim ödəyəcək..Baxın, nə qədər açıq qalan suallar var.

Bayram 2018-04-30 18:46:16

Bu boyda haq-hesabdan sonra Əli Həsənov baş nazirin müavini vəzifəsində qaldısa məncə o toxunulmazlıq statusuna malikdir.

Obyektivə 2018-04-30 18:46:16

Tələcmə! Hələ payıza var.Sonra sayarsan.

Obyektiv 2018-04-30 18:46:16

Bu qurum kokunden deyishilmelidir, ora indiyedek daha chox dekorativ yem menbeyi ve "maskirovka" ile meshgul olub!.. Onsuz da, kochkunlerin oz derdkeri ozlerine bes idi..
Bizde chox-chox teessufler olsun ki, her hansi qurum o saheni illerle berbad veziyyete salmayinca oraya serishteli, edaletli rehber getirilmir.. Rovshen m. de, obyektiv ve savadli insandir, o bezilerinin tayi deyildir.. bele bir shexsleri her sahelere choxdan teyin etseydiler cemiyyetde bu qeder chash-bashliqlar hech yaranmazdi da!

hespe 2018-04-30 18:46:16

Hele bash nazirin muavini kimi ishde de saxladilar.Bu .... neyinden gorxurlar? Fashist onun emellerine meetel galardi...

Qaçqın 2018-04-30 18:46:16

Əgər Əli Həsənov Qaçqınkomda ....edibsə (bunu saytlardakı məlumatlar təsdiq edir), mənimsəmələr olubsa o necə nazirlər kabimetində yer alıb.Bu paradoks yarafmırmı? Axı adam həmin adamdır və işində qanunsuzluqlara yol verib.Onu necə baş nazirin müavini təyin etmək doğru ola bilər?Axı qaçqın bədbəvtlərin pulunu yeyib və hətta bunun hesabına qohumları da qudurğanlıq edirdilər.

RAMIZ 2018-04-30 18:46:16

QAÇQINKOMUN SABİQ SƏDRİNİN FƏALİYYƏTİ YOXLANIRMI?

aysberq 2018-04-30 18:46:16

onların 25 ildə sökdükləri və oğurladıqları kötükçələrinə də bəs edəcək.

t.ədalət 2018-04-30 18:46:16

Novruz müəllimlə Əli Əhmədovdan başqa Nazirlər kabinetində vəzifə verilən məmurlardan .... Görəsən, erməni ilə qohumluğa görə vəzifələrə irəli çəkilmə nə vaxtadək davam edəcək?

emil 2018-04-30 18:46:16

Bunnan gabagda .... idi indide o biri ... väzifälärä täyin edir..... Gozbeli gäbir düzäldär

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol