Menu

"Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olacaq" - Prezident

30.04.2018, 15:20
"Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olacaq" - Prezident

"Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olacaq".

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, R.T.Ərdoğanla geniş müzakirələr aparıblar: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Özbəkistanın bayrağı çatışmır. Özbəkistan bayrağı da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındakı bayraqlar arasında yer alacaq. Şuranın Qırğızıstan paytaxtı Bişkekdə keçiriləcək sammitinə Özbəkistan da qatılacaq. Bu çox böyük və önəmli qərardır".

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli dövlətlərin sammiti keçirilib. Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb. Sənədi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan imzalayıb. Özbəkistanın üzv olması ilə Şura üzvlərinin sayı 5-ə çatacaq.

Şərhlər

Fəradi 2018-04-30 15:20:59

Türkmənbaşı hələ ki fikirləşir.

OQTAY 2018-04-30 15:20:59

TURAN-nin temel daslari yavas-yavas,oz yerine qoyulur!!!Xeyirli uqurlu olsun!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol