“Atamın 80 illik yubileyi ilə bağlı hələ ki iqtidar nümayəndələrindən bizə hər hansı müraciət daxil olmayıb. Güman ki, yaxın vaxtlarda ailəsi olaraq bizimlə əlaqə saxlayarlar. Hələlik qarşılıqlı nəsə yoxdur”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.
O, müxalifətlə birgə yaratdıqları Təşkilat Komitəsindən də danışıb.
“Təşkilat Komitəsinin yaranmasında Elçibəyin ailəsi olaraq bizim də dəstəyimiz var. Təşkilatla bağlı birgə qərar vermişik. Ona görə də təşkilatda aparılan işlərdən xəbərimiz var”
Ərturqut Əliyev mərhum eks-prezidentin adının əbədiləşdirilməsi məsələsinə də toxunub.
“Uzun zamandır ki, atamın adının əbədiləşdirilməsi üçün hansısa orqanlara müraciət etməyimizlə bağlı fikirlər dolaşır. Düzü, gərək bizə müraciət olunsun ki, biz də bəzi məsələləri dilə gətirək. Ona görə də indi atamın adına hansısa küçə, yaxud da prospekt verilməsi məsələsindən danışa bilmərəm. Çünki ortada belə bir hal yoxdur”.
Qeyd edək ki, bu ilin fevralında bir qrup ziyalı və tanınmış ictimai xadim Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, etdiyi müraciətə cavab olaraq Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib. Toplantıda mərhum eks-prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.


Şərhlər
Bey birce illik hakimiyyeti dovrunde bezi adamlarin sinesine ele dag cekibki,duz 25 ildir yandirir onlari.
Əbülfəz Əliyevin Azərbaycan tarixindəki yerini göstərin..Xalq da onun adının əbədiləşmə yerini göstərsin.
Azərbaycandan qoşunu çıxarmağa Rusiyanı heç kim məcbur edə bilməzdi.Azərbaycandan rus ordusunu Ə.Əliyev çıxarıb deyənlər,unutmamalıdır ki,həmin ordu gedib Dağlıq Qarabağa girdi və torpaqlarımızı işğal etdi.Hələ də azad edə bilmirik.Rus ordusunu qovmağın nəticəsi bizə on minlərlə balalarımızın şəhid olması ilə başa gəldi.Ancaq ağıllı ölkələr,məsələn, Qazaxstan rus ordusunu qovmağa tələsmədi.Nazarbayevin ağılı nəticəsində indi onlar bizdən daha çox müstəqildir.Gəlin,eyforiyaya qapılıb özümüzü aldatmayaq!
Elçibəy hakimiyyətə xalq tərəfindən gətirildi.Ancaq onun hakimiyyəti tərk etməsi çox müəmmalı oldu.İndiyə qədər də gizli qalıb.Hamı bu məsələnin açılmasını istəyir.Yalnız ondan sonra ,əgər bu əsələdə müəmma yoxdursa ( çox ehtimal ki, müəmma var- Kələki məsələsi) bu barədə arzulamaq olar.
Mərhum Ə.Elçibəyə Allah rəhmət eləsin.Müstəqil Dövlətimizin qurulmasında.Rus qoşunlarının torpaqlarımızdan çıxarılması onun adı ilə bağlıdır.Amma... Azərbaycan xalqının indiki vəziyyətə düşməsində onun da günahı vardır.Bəy,prezident olmamalı idi.O böyük idioloq idi.Qəti qərar vermək qabiliyyəti yox idi.Ətrafına küçələrdən çox adam yığmışdı.Nə isə...Çox təəssüflər olsunki, Xalqımız,Millətimiz onun qoyduğu kövrək "özülün" qurbanı oldu.Mafiozlar,korrubsionerlər,biznesmenlər hakimiyyəti zəbt etdi.Xalq üzülür..
Azərbaуcanda adsız уer azdı. Nə isdirуirsiniz uуgun seçin. 5 abidə уeri, 5 şəhər məkтəb, insтiтuт, Naxçıvan universiтeтi və s. Məncə, hamı razılaşar!
Əbülfəz Əliyevin adı niyə əbədiləşdirilməlidir?Hakimiyyəti və orduya rəhbərliyi atıb qaçdığına görəmi?Xalq hərəkatınına sonradan qoşulub faciəli bir sonluqla bitirdiyinə görə ona hansı adın verilməli olduğu məlum deyil.Yaxşısını Allah bilir!