Menu

Putin bütün tərəfləri nüvə razılaşmasına əməl etməyə çağırıb

01.05.2018, 00:36
Putin bütün tərəfləri nüvə razılaşmasına əməl etməyə çağırıb

Hərtərəfli Birgə Fəaliyyət Planının imzalayan bütün tərəflər öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidirlər.

APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı telefon danışığında bildirib. Söhbət İsrtail tərəfinin təşəbbüsü ilə baş tutub.

Kremlin mətbuat xidməti bildirib ki, söhbət zamanı tərəflər İsrail baş nazirinin aprelin 30-da səsləndirdiyi bəyanatı nəzərə alınmaqla, Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyəti müzakirə ediblər.

“Vladimir Putin Rusiyanın mövqeyini təsdiqləyib - beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün çox vacib olan Plana bütün tərəflər riayət etməlidirlər", məlumatda deyilir.

Putin və Netanyahu həmçinin Suriya daxil olmaqla, Yaxın Şərq regionundakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən gün Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol