Menu

Bakının Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

01.05.2018, 13:07
Bakının Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqəda bu gecədən Bakının Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 m) avtonəqliyyat vasitələrinin hərəkəti tam dayandırılacaq.

"Report"a daxil olan məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun laternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol