Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılması təklif olunub.
APA-nın məlumatına görə, Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.
Qarabağla bağlı xüsusi iclasın çağırılmasını zəruri sayan deputat qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: “Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik”.
Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır.


Şərhlər
Nəqədər güclü oluruqsa olaq,yenə də arxyınlaşmaq olmaz.Hərbdə belə bir qanun var:"Ən zəif düşməni də özündən güclü düşünməlisən".Bir məsələni də nəzərə almaq lazımdır ki,zəif bildiyin düşməninin arxasında güclü və çox təhlükəli Rusiya dövləti dayanir.Bunu dəfələrlə Rusiyanin Xarici İşlər naziri Sergey Lavrov da üstüörtülü şəkildə bəyan edib.Hər halda "Ehtiyat igidin yaraşığıdır"kimi bir atalar misalmiz var.Düşmənimiz yatmayıb və onu yatmağa da qoymurlar.Bizim də bir nömrəli işimiz torpaqlarımızın azad olunm