Menu

Nazir, 5 min manatı tapıb, sahibinə qaytaran məktəblini təltif edib - FOTO 

01.05.2018, 17:43
Nazir, 5 min manatı tapıb, sahibinə qaytaran məktəblini təltif edib - FOTO 

Təhsil naziri Ceyhun Bayramov tapdığı pul kisəsini sahibinə qaytaran məktəbli İdris Abbasovu təltif edib. "AzPolitika"nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

"İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib" - C.Valehov "Facebook"da yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol