Menu

Dövlət Gömrük Komitəsində ciddi kadr və struktur islahatları aparılacaq

02.05.2018, 19:58
Dövlət Gömrük Komitəsində ciddi kadr və struktur islahatları aparılacaq

“Ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir”.

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu baxımdan strukturda, ümumiyyətlə, gömrük biznes münasibətlərində şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak edən gömrük orqanlarının infrastrukturunda çatışmazlıqların aradan qaldırılması, o cümlədən kadr islahatları ilə bağlı ciddi islahatlar aparılacaq. “Gələcəkdə həm biznes nümayəndələri, həm də gömrük orqanında xidmət göstərən əməkdaşlar qanuni ticarətdən olan tərəflər olaraq fəaliyyətlərini quracaqlar, qanunsuz əməllər üzrə qəti imkan tədbirləri seçilib. Xüsusilə gömrük orqanlarında əməkdaşlar üçün ilkin müşavirələr keçirilib. Bütün rəhbərlərə bu sahədə göstərişlər verilib. Bundan sonra da prezidentimizin apardığı islahatların daha da dərinləşdirilməsi, daha da şaxələndirilməsi üzrə işlərimiz davam etdiriləcək,” – deyə S. Mehdiyev qeyd edib.

DGK sədri bildirib ki, gələcəkdə ilk növbədə sahibkarlar rahat idxal-ixrac əməliyyatları ilə məşğul olmaq üçün lazım olan bütün texniki imkanlardan istifadə edəcəklər. “Şəffaf mühitin formalaşdırılması Azərbaycan gömrüyünün nüfuzunu daha da ucalara qaldıracağıq. Struktur istiqamətində də yaxın zamanda yeni təkliflərimiz, yeni qərarlarımız olacaq”.

Şərhlər

ayzek 2018-05-02 19:58:14

broker Abel hara getdi?

t.ədalət 2018-05-02 19:58:14

Gömrük Komitəsində islahatlar orada çalışan naxçıvanlıların say artımı ilə yekunlaşacaq.Azərbaycanda davam edən bölgəçilik xəyanəti nəhayətdə faciəvi bir sonluqla bitəcək.Söydüyümüz ermənilərdə bu xəstəlik yoxdur.Bölgəçilik də ərazilərimizin işğalı qədər təhlükəlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol