Menu

"Respublika Partiyasının hakimiyyətdə qalmaq üçün heç bir şansı yoxdur" - Paşinyan

02.05.2018, 20:09
"Respublika Partiyasının hakimiyyətdə qalmaq üçün heç bir şansı yoxdur" - Paşinyan

Ermənistanda müxalifət lideri Nikol Paşinyan ölkədə gözlənilən erkən parlament seçkilərinin boykot edilməsini istisna etmədiyini bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, N. Paşinyan deyib ki, əgər baş nazir vəzifəsində Respublika Partiyasının nümayəndəsi qalacaqsa, bu halda seçkilər boykot ediləcək. “Hər şey atmosferdən asılıdır. Biz boykotu istisna etmirik, lakin bu gün Respublika Partiyasının hakimiyyətdə qalmaq üçün heç bir şansı yoxdur”, - deyə o, bəyan edib.

N. Paşinyan qeyd edib ki, hakim partiya ölkədə yaranmış vəziyyəti dərk etmir: "Mənə indi məlumat verildi ki, Yerevana gələn bütün yollar bağlanıb. Paytaxtın özündə də yollarda, metroda, dəmir yolunda hərəkət dayandırılıb, aeroporta gedən yol qapadılıb".

Qeyd edək ki, mayın 1-də Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq etmədikdən sonra müxalifət lideri xalqı vətəndaş itaətsizliyinə çağırıb.

Şərhlər

Türk 2018-05-02 20:09:07

DÜŞMƏN ÖLKƏDƏ DƏ DİKTATURA REJİMİ DEVRİLİR.

Bashirov Qarib 2018-05-02 20:09:07

Bu lap ag oldu.Kuçədə də baş nazir seçərlər? Yeganə huquqi yol yeni parlament seçkiləridir ki, onu da baykota çagırırlar.Tibbdə adı keçən erməni xəstəliyi bu olmuş olar.Butun xalq qızdırma içərisində.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol