“Turistlərin ölkəyə gəlməsi müsbət haldır. Amma elə şeylər var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar, oraları çox pis vəziyyətə çeviriblər. Belə olmaz axı”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
O, bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı da narazılığını bildirib: “Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın “ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq”.
Deputat Fəzail Ağamalı da həmkarının mövqeyini dəstəkləyib. O bildirib ki, qanun çərçivəsində belə şeylərin qarşısı almaq lazımdır: “5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”.


Şərhlər
Ərəb turistlərin ölkəmizə cəlb edilməsi əxlaqımıza zidd olan təhlükəli vəziyyətə çevrilib.(Bəlkə də bu turistlərin arasında saqqal qoyub özünü ərəblərə oixşadan ermənilər də var).5-10 manatdan ötrü turistin arxasını yumağa belə utanmayan dırnaqarası iş adamları həddi aşırlar.Şəhərin ortasında yeni tikililərin alt mərtəbələrini otel-fahişəxanaya çevirirlər.Bu sahəyə ciddi nəzarət lazımdır.
O noçnoy geyinmişlər bura gələndə hamıdan çox yuxarı eşalon sevinirdi və hurrey deyirdi, fikirləşirdiniz ki, alveriniz xod gedəcək. İndi bəs nə oldu
Hamıya aydındır ki necə biz Rusiyaya vaxtı ilə gedirdik indidə ərəblər Azərbaycana ona görə gəlirlər yoxsa kı hündür binalar gözəl mənzərələr hər yerdə var bunlardanda hündürü bizim mənzərələrdən də gözəli.Bəyəm bilmirdiniz ki ərəbi bura dadandıranda niyə gələcəklər? ......TV lərə baxıb səviyyəmizi görüb nəticə cıxarırlar və hərəkət edirlər KƏSMƏ
Siz niyə narahat olursunuz? Ərəb turisti dediyin elə belə olur.
Tahir muellim, bes sen qashlarini alanda bu exlaqa zidd olmur?
Nolub alə Tahir əkə.Milləti quru əppəyə möhtac qoyub 2 gündən bir öz maaşınızı artırirsız amma yenə bəs eləmir.Hələ bir qeyrət namusdan danışırsan.Guya qonşunda görməsəydin heç nədən xəbərin yoxuydu.Yəni bununçun ərəb gəlib azəri qadınları deputatların evinin pəncərəsi qarşısinda zorlamalıdır ki deputaylar dillənsinlər? 1900000 iş yeri açıbsız deyə xalq iş tapa bilmir və məcbur etmisiz adamlar müasir yox ən qədim sənətə---FAHİŞƏLİYə qurşanıb onu SAYƏNİZDƏ onu İNKİŞAF.Nədən narazısa XALQ DEPUTATIMIZ?
Hech inanmagim gelmir millet vekili de duz soz deyermish ...
Senin oturduqun zaldakilar XALQ terefinden mandat almayiblar deye olkede qanun iwlemir xalq ALLAH qoymasa sizden komek gozleyir sense orda oturub aqlawma qurursan ay millet vekili mandatini cibinde gezdiren.
ESAS PULDU,QOYUN INKIWAF EDEK.