«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO ikinci daimi hərbi-dəniz qüvvələrinin (HDQ) gəmiləri Qara dəniz sularına daxil olub.
Qrupun tərkibinə İspaniya, Türkiyə və Almaniya HDQ-nin freqatları daxildir, flaqmanı isə Britaniyanın «HMSDuncan» raket esminesidir.
Aprelin sonunda Rusiya müdafiə nazirinin müavini Anatoli Petrenko xəbər vermişdi ki, ölkənin Müdafiə Nazirliyi NATO gəmilərinin Qara dəniz hövzəsində iştirakına etiraz etmir.


Şərhlər