Menu

Erməni silahlı bölmələri Azərbaycan ərazilərində təlimlər keçirir

03.05.2018, 10:08
Erməni silahlı bölmələri Azərbaycan ərazilərində təlimlər keçirir

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərbi təlim cəbhə xəttinin Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində müşahidə olunur.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.

Atış səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol