Menu

Atəşkəs sona çatdı - Qəzzada savaş yenidən başladı

17.07.2014, 21:05
Atəşkəs sona çatdı - Qəzzada savaş yenidən başladı

İsrail və HƏMAS arasında razılaşdırılan 5 saatlıq atəşkəsin vaxtı bitib.

Axar.az xəbər verir ki, atəşkəsin bitməsindən dərhal sonra Qəzzadan İsrailə raket zərbəsi endirilib. İsrail hərbi təyyarələri isə Qəzza və Beyt Lahya bölgəsindəki əkinçilik sahələrinə hücum təşkil edib.

HƏMAS-a bağlı "Əl-Qəssam" briqadası da Qəzza sərhəddində yerləşən yəhudi məskunlaşma vahidlərinə ağır top zərbələri endirib.

Qeyd edək ki, BMT tərəfindən Qəzzaya humanitar yardımların edilməsi üçün qısa müddətlik atəşkəs təklifi irəli sürmüşdü. Bu təklif İsrail və HƏMAS tərəfindən qəbul edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol