Menu

Rusiyada daha bir mesencer qadağan edilə bilər

03.05.2018, 10:32
Rusiyada daha bir mesencer qadağan edilə bilər

Bloklama tədbirləri "Viber" mesencerinə də aid ola bilər. Trend-in məlumatına görə, bunu Rusiyanın rabitə naziri Nikolay Nikiforov deyib.

Nazir əlavə edib ki, Federal Təhlükəsizlik Xidmətinə şifrələmə açarlarının təqdim edilməsində problem yaranarsa, belə ehtimal istisna edilmir.

Qeyd edək ki, Rusiyada məhkəmənin qərarı ilə "Telegram" mesencerinin fəaliyyəti dayandırılıb. Bu messencerin də ölkədə ləğv edilməsi eyni səbəbdən baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol