Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"un sorğusuna cavab olaraq bildirib ki, U.Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji təbliğat şöbəsində işləyəcək.
Onun sözlərinə görə, U.Tağıyeva nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işləri ictimaiyyətə çatdıracaq: "Bəli, bundan sonra Umayra Tağıyeva hava proqnozu, atmosfer havasında, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".

Şərhlər
sındırılmış talelər bərpa olunduqca,pislik edənlərə nifrətimiz artır.Heç nə yaddan çıxmır.Bunu Azərbaycandakı vəzifələri və sərvətləri işğal etmiş bölgə sakinlərinə də xatırlatmaq lazımdır.Heç bir hakimiyyət zamana hakim ola bilməz.Ancaq millətə edilən xəyanət əsirlərlə unudulmur.Nəticə isə mütləq olur.Xüsusilə ,təbii sərvətlərə sona kimi yiyələnmək olmur..
Umayra Tağıyeva işdən-Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çıxandan fəsillər də etiraz olaraq qarışməşdı. Təbiət nizama düşər İnşaallah.
çox şükür ki bu xanım ışınə bərpa oldu.Savadlı xanımdır.Haqq-ədalət həmişə qələbə çalsın təki.