Menu

Deputatların maaşları ilə yanaşı, onlara verilən əlavələr də artırılır

04.05.2018, 10:30
Deputatların maaşları ilə yanaşı, onlara verilən əlavələr də artırılır

Milli Məclis (MM) deputatlarının maaşları ilə yanaşı, onlara verilən əlavələr də artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Qanuna əsasən, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Şərhlər

Oqtay 2018-05-04 10:30:11

45 il stajla pensiyaya çıxmışam və bu deputatlar yazan qanunla pensiya alıram və bunların pensiyalarının artırılmışı mınim pensiyam qədərdir Bunlar mənim pensiyamı kəsiblər ki özlərininkini artırsınlar.Heç utanmırlarda deyirlər ki inkişaf var İnkişaf təkcə bunların maaşındadır HARAMLARI OLSUN HƏKİMLƏRƏ TÜRMƏLƏRƏ QİSMƏT OLSUN Millətin vəkili bunu etməzdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol