Menu

Bakının mərkəzində "Jeep" ağır qəza törətdi - Ölən var

04.05.2018, 10:31
Bakının mərkəzində "Jeep" ağır qəza törətdi - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, gecə saatlarında Səbail rayonu Əhəd Yaqubov küçəsində "Jeep" markalı, 10 OE 003 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən qadını vurub.

Ağır xəsarət alan piyada hadisə yerindəcə keçinib. Ölən qadının 50-55 yaşlarında olduğu bildirilir. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol