Menu

 “Bu, terror aktıdır” - Poroşenko

18.07.2014, 08:53
 “Bu, terror aktıdır” - Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko Malayziyanın hava şirkətinə məxsus “Boing-777” təyyarəsinin Donetsk vilayətində vurulmasını «terror aktı» adlandırıb.

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bu haqda açıqlama yayıb.

Mətbuat kati “tvitter” səhifəsində yazıb: “Prezident Pyotr Poroşenko vurulan təyyarə haqqında deyib: “Bu adi olay və qəza deyil, bu terror aktıdır”.

Xatırladaq ki, təyyarədə 280 sərnişin və 15 ekipaj üzvü olub.

Yerli şahidlərin bildirib ki, sərnişin cəsədlərinin parçaları ətrafa səpələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol