Menu

"Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir" - Siyavuş Novruzov

04.05.2018, 13:19
"Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir" - Siyavuş Novruzov

“Əgər hər hansı ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada insan alveri, narkotik dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu məsələlər daha da genişlənəcək. Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabat çıxışına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqyisədə qat-qat üstədir:

“Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar. Amma buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya haqqında dərs verməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə bağlı iş çox yaxşı qurulub”.

S. Novruzov qeyd edib ki, Prezident tərəfindən imzalanan sərəncamlar, eləcə də Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır.

“Ölkəmizə son illər turist axını artıb. Onlar üçün ölkəmizdə hərtərəfli şərait yaradılır. Bu şərait insan alveri predmetini ortaya çıxır. Lakin bu istiqamətdə görülən işlər bu məsələlərin aşağı düşməsinə səbəb olur. Bəşəriyyətdə ən ağır cinayətlərdən biri insan alveridir və terrorla birgə tutulmalıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycana gələn turistlər insan alveri ilə bağlı addımlara əl atdıqda, ölkəmizin qanunları qarşısında cavab verməlidirlər”.

S.Novruzov Avropada Azərbaycan hakimiyyəti əleyhinə çıxışlar edən mühacirlər məsələsinə də toxunub:

“Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər”.

Şərhlər

Akif 2018-05-04 13:19:49

Siyavuş Novruzov,digər həmkarları kimi utanmadan növbəti dəfə absurd fikirlərlə çıxış edib.Əvvəla, ölkədə ictimai-ciyasi sabitlik yoxdur.Baxmayaraq ki,hakimiyyət polis dəyənəkləri ilə ictimai-ciyasi sabitlik yaratmaqda davam edir,oğurluq, soyğunşuluq, dələduzluq və intihar kimi cinayət faktları getdikcə artmaqdadır.Bu isə o deməkdir ki,əhalinin əksəriyyəti aclıq və səfalət içindədir.Əhalinin digər qismini isə aclıqdan qoruyan xarici ölkələrdə qul kimi işləyən 2 milyon vətəndaşlarımızdır.

X 2018-05-04 13:19:49

ITIRDIYIMIZ TORPAQ HAQQINDA FIKIRLESIN BIR MANAT ALMAYAN GELIRI SIZIN KIMILERININ CIBINE AXAN AC USAQLAR QOCALAR HAQQINDA DANISIN OLKENI TALAYANLARI GOSTERIN ERMENI ESIRLIYINDE OLAN ANA BACILARIMIZI DUSUNU YOX BUNLARI QEBUL ETMIRSIZ SUSUN OTURUN DAGIDIN BU MILLETIN OLANIN

SUAL 2018-05-04 13:19:49

SİYAVUŞ NOVRUZOV MİLLƏT VƏKİLİ VƏ ƏFQAN MUHARİBƏ İŞTİRAKCİLARİNİN SƏDRİ KİMİ MƏN RASİM CAVADOV SİZƏ MURACİƏT ETDİM Kİ MƏNİM XİRDALANDA DOVLƏT MULKİYYƏTİMƏ ALİNMİŞ QEYRİ YAŞAYİŞ OBYEKTİM RAYON İHB ZAKİR FƏRƏCOV TƏRƏFİNDƏN DAXİDİLİB, OBYEKTDƏ OLAN 50 MİN MANATLİQ MALİM TALANİB.HƏMİN OBYEKTDƏN ƏLAVƏ PREZİDENTİN 2007-Ğİ İL TARİXLİ FƏRMANİNA ƏSASƏN AZƏRİSTİLİK ASC MƏXSUS TORPAQ ƏRAZİSİNDƏ USAQ BAXCASİ TİKİNTİSİ UCUN NƏZƏRDƏ TUTULAN TORPAQ SAXTA SƏNƏDLƏ VİTES EKPRESS TİKİNTİ ŞİRKƏTİNƏ SATİLİB. HEC VECİNƏ ALMADİN?

Bashirov Qarib 2018-05-04 13:19:49

O konslagerlərdə yaşamagı ustun tutanları qınamaqdansa ,onları buna vadar edən səbəblərdən də bəlkə bir-iki kəlmə deyəsən.Desən biz də bilərik; bu millət nədən dilbər guşə olan vətənindən,valideyinlərindən,isti ocagından, kutləvi olaraq didərginliyi,sibirin çöllərini, konslagerləri seçir? Bu ölkəni boşaldıb kimləri dolduracaqsız bu vətənə? Hunərin varsa, bunlardan danış.

Vətəndaş 2018-05-04 13:19:49

Sərəncamlar icra edilməyəndə lazımsız kağız parçasından ibarət olur.İnsan alveri dedikdə İraqda,Əfqanıstanda,Taylandda ,Misirdə və digə ölkələrdə Az( bunu mətbuatdan öyrənə bilərsiniz )ərbaycanlıların insan alveri qurbanları olduğu.hətta bəəzilərinə ölüm hökmü verildiyini yaddan çıxarmaq olmaz.
Tək sərəncam hazırlayıb imzalamaq işin hamısı deyil.Əsas mədsələ onların icrasıdır.Əfsus ki, Siyavuş bəy yalnız bir tərəfli yanaşır.Ona görə onun çıxışları ciddiyət təşkil etmir.

pıs-pısa 2018-05-04 13:19:49

Ey cənabi deputat.Sizin... maşınınız Avropada işləmir və işləməyəcəkdə. Siz danışanda olur, o mühacirlər danışanda olmaz. ............

MIRI 2018-05-04 13:19:49

SEN SEN NUMUNEVI VETENDASAH????))))))))))))))))))))) ANALOGU OLMAYAN DOVLETIN EN AQILLI INSANI))))))))))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol