«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Koreya yarımadasında ABŞ hərbi kontingentinin sayını azaltmaq fikrində deyil.
«Hansısa anda mən, ordu hissələrinin yerləşdirilməsinə çəkilən xərci azaltmaq istərdim. Amma ordunun ixtisarı tam olaraq, nəzərdən keçirilmir» - deyə, jurnalistlərin uyğun sualına Tramp belə cavaab verib.
O, əlavə edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bu barədə heç bir danışıq aparılmır - Pxenyan bu belə xahiş etməyib.


Şərhlər