Kənd təsərrüfatı naziri İnam Kərimov şimal-qərb bölgəsində fermerlərlə görüşərək vəziyyətlə yerində tanış olub. Nazir baramaçılığın inkişafı üçün böyük potensialın olduğunu və bu sahədə Azərbaycanın qısa zamanda xaricdən asılılıqdan azad olacağını vurğulayıb.
Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov və nazirliyin müvafiq idarələrinin əməkdaşları şimal-qərb bölgəsinə işgüzar səfəri çərçivəsində hazırda tikilməkdə olan Qax ipəkçilik damazlıq stansiyasında olub, Çindən gətirilən tut tinglərinin bağına baş çəkib, eləcə də tütün sahələrində iş prosesi ilə yaxından tanış olub, tütünçülərin və fermerlərin problemləri ilə maraqlanıb.
Qeyd olunub ki, bu il Qax rayonunun fərdi və fermer təsərrüfatlarında 600 hektardan çox sahədə tütün əkini nəzərdə tutulur. Daha sonra kənd təsərrüfatı naziri Çindən gətirilən və Damazlıq İpəkçilik stansiyasının bağlarında əkilən tut tinglərinin yetişdirilməsi ilə maraqlanıb.
Kənd təsərrüfatı naziri stansiyanın tikinti prosesi ilə də maraqlanıb. burada əsas korpusun tikintisi başa çatıb və son işlər görülür. Stansiyanın yaxın aylarda tam istifadəyə verilməsi planlaşdırılır. Nazir qısa zamanda Azərbaycanın özünün barama qurdu istehsalına başlayacağını deyib.
Bu gün həm də inkubasiyadan çıxmış 6000 qutu ipəkqurdları dağlıq və dağətəyi zonada yerləşən 17 rayonun kümçülərinə əvəzsiz olaraq paylanılıb. Cari ildə Respublikada 450-500 ton yaş barama istehsalı nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 2 dəfə çoxdur.
Xezerxeber.az


Şərhlər
aqdamda torpaqlar icra bascisinin adamlari terefinden yektarlarla zebt edilib/ cenab nazr bununla naraqlansin
Şəxsən təsərrüfat işlərini görmüş adam kimi deyə bilərəm ki, bu iş İnam müəllimlik deyil. Gərək bu vəzifəyə təsərrüfat işində çalışmış adam qoyulaydı. Məsələn əvvəllər nazir olmuş Əsgərov kimi adamın yeriydi. Bilmək lazımdır ki, kənd təsərrüfatı naziri vəzifəsi ölkədə ən ağır və çətin vəzifədir. Son 25-30 ildə bu vəzifənin öhdəsindən gələ bilən nazir görünməyib. Özü də yaxşı olardı ki, Pambıqçılıq, taxılçılıq, şərabçılıq və s. bu nazirlikdən ayrılıb ayrı-ayrı "Taxəlçılıq", "Pambıqçılıq" sənaye"nazirliyi, "Şərabçılıq" Komitəsi yaradılaydı
lap istəyir maykada getsin sahəni gəzməyə.populizmnən heç nə düzələn deyil!..
Neynəsin yazıq. O, elə bilir ki, qalstuku çıxarıb sahəyə getməklə kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Növbəti dəfə İnamlinski şortiknən gedər məhsuldarlıq da 3 dəfə artar.
BIR GUNDE YEQIN NAZIRLIK LAZIM OLAN YERE KOCURULER
savadli adam olmagi derhal bilinir! lakin ətrafindaki barama qurdlari imkan versələr işləyəcək birdə ki kəndtəsərufatinin başi sudur bədəni torpag bunlar necə ayri ola və yaşaya bilər ona görə su təsərufati melorasiyasi təcili nazirliyə birləşdirilməlidir bu qaçilmazdir...
Qalstuku çıxartmaqla kimsə mütəxəssis olmur.Mollalar da qalstuk taxmır.Kənd təsərrüfatı işçisi böyük təcrübə toplamış,bu sahədə təhsil almış adamlar ola bilir.Adətən,dəllallar zahiri dəyişikliklərlə iş görüntüsü yaradırlar ..
Yaxsi insandi uzunun tebbesum bes edir allah komek olsun oda xalqin oglu