Menu

"Qonşuluğumuzda 8 ərəblə qalan qızlar dedi ki, sizin nəyinizə lazım..." - Deputat

05.05.2018, 13:54
"Qonşuluğumuzda 8 ərəblə qalan qızlar dedi ki, sizin nəyinizə lazım..." - Deputat

“Sovet ittifaqı dövründə də otellərdə, başqa yerlərdə əxalqdan kənar məsələlər olurdu. Amma indi belə hallar daha da dərinləşib. Bu gün otellərdə, masaj salonlarında xoşagəlməz hallara rast gəlinir. Biz bu barədə məlumatlara tez-tez mətbuatda da rast gəlirik. Hətta orada yetkinlik yaşına çatmayan qızları istismar edirlər. Pul qazanmaq yaxşı şeydir. Amma elə şeylər var ki, xalqımızın milli adət-ənənələrinə uyğun deyil. Bəzən deyirlər ki, adət vacib deyil, hüquq vacibdir. Amma bizdə qanunun və hüququn bir mənbəyi adətimizdir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclsin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat hesab edir ki, masaj salonlarının fəaliyyətini məhdudlaşdırmaq lazımdır.

“Ən azından müvafiq orqanlar buna nəzarət etməldilidir. Həmçinin otellərə də ciddi nəzarət olunmalıdır. Mən demirəm ki, ərəblər Azərbaycana gəlməsin. Gəlsinlər. Sizə bir fakt deyim. Deməli, qonşuluğumuzdakı binada 7-8 ərəb oğlan bir kirayə ev tutub və 2 azərbaycanlı qızla qalırlar. Bu yaxınlarda qonşularla onlar arasında böyük bir narazılıq yarandı. Həmin qızlar qonşulara dedilər ki, sizin nəyinizə lazım, biz belə həyat tərzi seçirik. Bu nə deməkdir? Nə biabırçılıqdır? Sizinlə açıq danışacam. O vaxtlar bizdən Rusiyaya gedənə deyirdilər ki, kef etməyə gedir. Ancaq indi bəzi ərəb ölkələrindən Azərbaycana kef eləməyə gəlirlər. Bizim obrazımız nədir? Yəni, biz bu qədər ləyaqətsizik? Biz bu qədər qeyrətimizi itirmişik? Belə çıxışıma görə, sosial şəbəkələrdən, hətta rəhbər şəxslər də mənə irad tuturlar. Mən bu məsələdə heç vaxt geri duran deyiləm. Biz dövlətimizin, xalqımızın namusunu çəkməliyik”.

T.Kərimli deyib ki, cəmiyyətimizdə də deputatlara inam yoxdur.

“Deyirlər ki, düz deyirsən. Amma deputat olduğuna görə, sənə inanmıram. Sənin burada hansısa hiylən var. Biz millətimizi mənfi tendensiyalardan qorumalıyıq”.

Şərhlər

Bayram 2018-05-05 13:54:51

O xalq mahnımız var ey: “Qaladan top atdılar ayılmadım...”. Tahir m-m, gərək bu ərəblər qonşuluqnuza qədər gəlib çıxaydılar ki siz ayılaydınız. Nə oldu 90-cı illərdə adi məsələlərə görə “Mən intihar edərəm” kələmələriniz. İlahi insan nə qədər dəyişərmiş...

babek 2018-05-05 13:54:51

Bu erebler de duzgun etmirler de bunlardan birini de Tahir muellim ucun teskil etsinler.o da gozunu yumsun.

Akif 2018-05-05 13:54:51

Hörmətli oxucular!Yadınıza salıram ki,Tahir Kərimli rəhmətlik Elçibəyin Sovet quruluşunu kəskin tənqid edən istiqlalçılarından biridir və AXCP dövründə Ali Məhkəmənin sədri işlyirdi.Lakin,göründüyü kimi.... və digərləri kimi əqidələrinə dönük çıxdılar,xaincəsinə baş əydilər. bunlar düşünmürlər ki,əxlaqsız yuvalarının yaranması insanların gərgin maddi sıxıntalırının acı nəticəsidir.MM əsl Kukla teatrıd

Narod 2018-05-05 13:54:51

Bu da çox hörmətli Səlim bəy Müslümovun yaxın qohumudur. Bir az əlinə vəzifə keçmişdi və çıxarmadığı oyun qalmamışdır. İndi də..........

Deputata 2018-05-05 13:54:51

Ay "deputat", millətin mənfi tendensiyası yoxdur! Deputatların mənfi fəaliyyətləri var..Sən bir Azərbaycan vətəndaşı kimi bu ərəblərin əxlaqsızlıq etdiyini görürdünsə və bilirdinsə niyə hüquq mühafizə orqanlarına.xarici işlər nazirliyinə müraciət edib,onların ölkədən çıxarılmasına nail olmadın.Bax bunu etmədinsə,sənin milli qürurun,millət qarşısında deputat borcun və nəhayət milli mentalitetin yoxdur.Bu halda Sənin bu yazın utancverici və deputat kimi təsadüfi adam olduğunu sübut etməkdədir.

Azer 2018-05-05 13:54:51

Var ol millet vekilim var ol!!!sizin kimi dusunmeyenler .....!!!sozu olan lap elaqe saxliyag!!!

CenabT.Kerimliye sual 2018-05-05 13:54:51

Demeli ona gore sene cemiyyet inanmir ki,seni cemiyyet secmeyib.Demeli her hansi yolla hiyle ilese MM-e duwubsuz.ozun dediyin kimi cemiyyet deputatina inanmir:Gor ne gundesiz ki, cemiyyet deputata inanmir,deputat ise MMde yeri zebt edib oturur ve istefa vermir ki, orada xalqin etibar etdiyi inandiqi secdiyi deputat otursin eger cemiyyet deputata inanmirsa deputati hiyleger adlandirirsa o deputatin MMde orurub qeyretden cemiyyetin namusundan daniwmaqa ve onu qorumaqa menevi haqqi catirmi?????

Nyyet 2018-05-05 13:54:51

AY YOLDASH DEPUTAT DEYESEN SIZ INDI YUXUDAN AYILMISINIZ ..... EXLAG BIZIM RESPUBLIKADA COXDAN ELDEN GEDIB , BIZI KIMI SADE ADAMLARIN SEZYNE MEHEL GOYAN YOXDU. INDI OZYVYZ DYSHMYSYZ ELEDIYINIZ GUYUYA .. GOREY NECE OLUR

Oqtay R 2018-05-05 13:54:51

"Biz dövlətimizin, xalqımızın namusunu çəkməliyik”.Ay deputat namus təkcə arvadların qıçının arasında olmur namus həmidə 20% erməni zəpt etmiş torpaqdır o namusu qaytarandan sonra namus barədə danışmaq olar Hələ ki biz bu 20% barədə danışmırıqsa və torpağı qaytarmırıqsa namus ,kişilik,Babək ,Koroğlu adət, ənənə ,qeyrət barədə danışmağımız yersizdir .Bu vəziyyətdə ...

E.S 2018-05-05 13:54:51

Əhsən sizə..düz yazmısız..demək Azərbaycan da ərəblər üçün rusiya .qızları da rus qızları olubda.Bəzən belə şeylərə görə çox utanıram.

hop-hopnamə 2018-05-05 13:54:51

Adəbadə məlim! Budur da Sizin Şərqdə Günəş kimi doğmağın siyasəti. İndi al payını çağır əhməd dayını!!
P.S. Kaş doğmayıb qısır qalaydınız

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol