Menu

Vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanıb

05.05.2018, 14:46
Vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanıb

Vergilər Nazirliyi 2019-cu il üçün vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlayıb.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) nazirliyin nümayəndəsi Nicat İmanov deyib.

“Ötən il vergi qanunvericiliyi dəyişmədi. Böyük dəyişiklik üçün bir il gözlənilməlidir. Beləliklə, 2019-cu il üçün dəyişikliklər paketi hazırlanıb”, - deyə o, qeyd edib.

Bundan başqa, N.İmanovun sözlərinə görə, Azərbaycanda uçotun təkmilləşdirilməsi Vergilər Nazirliyinin əsas məqsədlərindən biridir: “Bu il vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından tədbirlər həyata keçiriləcək. Həmçinin vergi nəzarətinin sərtləşdirilməsi nəzərdə tutulur. Sahibkarlar vergi öhdəliklərini düzgün yerinə yetirmədikdə sanksiyalarla üzləşəcəklər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol