Türkiyədə 12 nəfəri ildırım vurub.
APA-nın hurriyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, hadisə Şırnak vilayətinin Silopi rayonunda qeydə alınıb.
İstirahətə gedən tələbələrin üzərinə ildırım düşüb, nəticədə 12 nəfər tələbə xəsarət alıb.
Yaralılar bölgədə yerləşən xəstəxanaya yerləşdirilib.


Şərhlər