Ermənistandakı etiraz aksiyalarının lideri, “Yelk” (Çıxış) fraksiyasından baş nazir postuna namizədliyi təkrar irəli sürülən Nikol Paşinyan seçiləcəyi təqdirdə ölkədə milli həmrəylik hökuməti quracağını vəd edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N.Paşinyan qurulacaq yeni hökumətin tərkibinə dair bir neçə variantın olduğunu qeyd edib. Onun sözlərinə görə, seçim siyasi vəziyyətdən asılı olacaq: “Həqiqi demokratik, legitim və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl şərait yarandıqda mən istefa verəcəyəm”, - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, Ermənistanda baş nazir seçkilərinin ikinci turu mayın 8-də keçiriləcək. Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir. Deputatlar baş naziri ikinci dəfə də seçə bilməsələr parlament avtomatik buraxılacaq.


Şərhlər
Paşinyanın “həqiqi demokratik, legitim və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl şərait yarandıqda mən istefa verəcəyəm” bəyanatı isə vəddən çox siyasi gedişə bənzəyir. İndiki bu şahmat taxtasında belə bir gedişin nəyə hesablandığını anlamaq üçün Paşinyanın demokratik, legitim və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl şəraitin hansı meyarlardan ibarət olduğunu bilmək lazımdır.Bəziləri də güman edə bilər ki,Paşinyan indidən xəbərdarlıq edir; "baxın haa, mən istədiyim şərait yaranmasa gedən deyiləm"
Baş nazir postuna yeganə namizədin ziddiyətli vədi Ermənistana yaxın gələcəkdə yaxşı heçnə vəd etmir.Paşinyan seçiləcəyi təqdirdə ölkədə milli həmrəylik hökuməti quracağını vəd edib.Həmrəylik və ya Paşinyanın doğma diliylə desək "hamerashkhut’yun" - maraqlar, gözləntilər və qarşılıqlı anlaşmalarda vahid düşüncə ətrafında birləşməkdir.Milli həmrəylik hökumətini quracağını bildirən şəxs anti-hökumət etirazlarının lideri, ilk turda hazırkı hökumətlə həmrəy ola bilməyən, iqtidar üçün persona non-grata olandır
Ay diga,senin gara gunlerin indi bashlayir.Ruslar paxirinizi acmaga bashlayir.Hercend,hec bir-birinizden ferglenmirsiniz.